Samir Şərifov: Yaxın zamanlarda qəzalı binalarla bağlı əməli addımlar atılacaq


Sumqayıtdakı yataqxanaların istismar müddətinin bitməsi ilə bağlı bizdə məlumat var.

Sozcu.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Prezidenti tapşırığı əsasında qəzalı vəziyyətdə binalarla bağlı yeni proqram hazırlanıb: “Ötən həftə Baş nazirin rəhbərliyi ilə müşavirə keçirilib. Yaxın zamanlarda qəzalı binalarla bağlı əməli addımlar atılacaq”. (APA)




Oxşar Xəbərlər

Xəbər lenti