8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, xüsusilə də 44 günlük Vətən müharibəsində bizimlə bir yerdə olan, Ermənistan ilə diplomatik əlaqələr qurmayan Pakistan dövlətinin Azərbaycan ilə münasibəti birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzrərində qurulan qardaş münasibətidir. Pakistan İslam Respublikasının Baş naziri də bu ölkə ilə diplomatik əlaqələrin qurulmamasının Pakistanın mənəvi öhdəliyi olduğunu qeyd edib.
Qarşılıqlı dəstək ölkələri və xalqları daha da yaxınlaşdırır və biz də bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdirərək Azərbaycanın Pakistanı Kəşmir məsələsində dəstəklədiyini və bu dəstəyin davam edəcəyini bildiririk. Bakının müxtəlif yerlərində İkinci Qarabağ müharibəsi dövründə asılan, müharibə bitsə də hələ də dalğalanan Pastikan bayraqlarını Pakistan və Azərbaycanın çiyin-çiyinə dayanan ölkələr olmasını göstərir.
Azərbaycanın bir neçə nümayəndə heyətinin Pakistana səfəri, ticarət və sərmayə, enerji məsələsi, müdafiə sənayəsi sahəsində əməkdaşlığı inkişaf edən perspektiv istiqamətlərin təsdiqidir. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif öz sözlərində iki ölkə arasındakı əməkdaşlıq əlaqələrində qarşılıqlı anlaşmanın hökm sürdüyünü, həm ikitərəfli, həm də çoxtərəfli məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü, münasibətlərimizin qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulduğunu vurğulayıb.
Böyük potensialı olan təhsil sahəsində əməkdaşlıq sürətlə inkişaf edir və bu gün ölkəmizdə 750 pakistanlı tələbə təhsil alır. Pakistanda müxtəlif sahələrdə ölkəmizi təmsil edən 100 tələbə təhsil alır.
Cənab İlham Əliyev öz çıxışı zamanı qeyd etmişdir ki, dəyişən və qeyri-sabitlik nöqtələri artan dünyada müstəqilliyin və ərazi bütövlüyünün zəmanəti olan hərbi təlimlərin sayı artırılmalı və müdafiə sənayesində əməkdaşlıq əlaqələri genişləndirilməlidir. Bunun sübutu isə 30 il ərzində işğalçı Ermənistanla aparılan və nəticə verməyən danışıqlar, hərbi gücümüz və ordumuzun əzmi sayəsində ərazi bütövlüyümüzün bərpa edilməsidir.
Ruzilə Möhbaliyeva
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı
Sozcu.info