8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Kənan Maarif oğlu Əliyev adlı şəxs tərəfindən şərə və böhtana məruz qaldığını söyləyən Nailə Rasim qızı Xanməmmədova Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib. Nailə Xanməmmədova müraciətində qeyd edir ki, Kənan Əliyevi 2020-ci ilin aprelində ümumi tanışları Elçin adlı şəxsin vasitəçiliyi tanış olub. Elçin Kənanın sələmçi olduğunu, faizə pul borc verdiyini bildirib. Bu tanışlıqdan 3 ay sonra haqqında həbs-qəti imkan tədbiri seçildiyi üçün işgüzar münasibətləri də uzun çəkməyib. İstintaq dövründə Kənan Əliyevin Kürdəxanı Təcridxanasına gəldiyini, ona pul və ərzaq bağlaması gətirib. Danışıqlarının birində Kənan Əliyev Nailəyə bildirib ki, həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün o zaman Binəqədi Polis İdarəsininbaş müstəntiqi olan Mehman Ələsgərova 22 000 (iyyirm iki min) manat verib. Nailə Xanməmmədova yazır ki, prosesin gedişatı ona belə qənaət yaradıb ki, Kənan Əliyev yalan danışır və sadəcə olaraq polis müstəntiqinə şər atır. O zaman polis müstəntiqinə şər ataraq Nailə Xanməmmədovanı özünə borclu salmaq istəyib. Kənandan faizə pul götürdüyünü, ancaq faizi ilə birlikdə ödədiyini bildirən Nailə Xanməmmədova yazır ki, bir polis zabitinə böhtan şəxs indi hüquq-mühafizə orqanlarını öz oynuna alət etmək istəyir. Bu zaman isə bir neçə dəfə vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmə, böhtan atma ittihamı ilə həbsdə olmuş bir “jurnalist”dən istifadə edir. Həmin “jurnalist”in fəaliyyəti ilə bağlı ayrıca olaraq Azərbaycan Mətbuat Şurasına müraciət edəcəyini qeyd edən Nailə Xanmməmdova Kənan Əliyevin müstəntiqə verdiyi pulu, Kürdəxanı Təcridxanasına göndərdiyi pul və ərzaq bağlamalarını hesablama alsalar Kənana müəyyən qədər borcu ola bilər. Əgər, istintaq təsdiq etsə ki, Kənan Əliyev müstəntiq Mehman Ələsgərova 22 000 manat rüşvət verib, Nailə Xanməmmədova həmin pulu borc kimi qəbul etməyə hazır olduğunu bildirir. Ancaq əmindir ki, Kənan Əliyev müstəntiq Mehman Ələsgərova pul verməyib, sadəcə olaraq bu yolla onu özünə borclu çıxarmağa çalışır. Kənan Əliyevin ayrı-ayrı vaxtlarda ona yazdığı mesajların bu şəxsin hansı axlaq sahibi olduğunu göstərdiyini qeyd edən Nailə Xanmməmdova həmin vatsap mesajlarının açıqlanacağı halda bu şəxsin hansı mənəviyyat sahibi olacağını qeyd edir. “O zaman məlum olacaq ki, Kənan Əliyev polis müstəntiqinə niyə böhtan atıb, niyə indi də onu şərləməyə çalışır”. Müraciətinin sonunda Nailə Xanməmmədova yazır ki, Kənan Əliyevə faiz ödədiyini sübut edən mesajları və şahidləri var. Eyni zamanda bu şəxsi özü ilə də bağlı şikayət olub.
Belə bir şəxsin indi Binəqədi Polis İdarəsinə ondan şikayət etdiyini anlamadığını, hüquq-mühafizə orqanlarının belə bir əxlaq sahibinin oyunlarının iştirakçısı olmayacağına inandığını qeyd edən Nailə Xanməmmədova haqqın və ədalətin ortaya çıxması üçün Kənan Əliyevlə bağlı məlumatları hüquq-mühafizə orqanlarına və ictimiyyətə təqdim etməyə hazır olduğunu da qeyd edib. Yazıda adları çəkilən şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq.
Sozcu.info