Pensiya təyinatında hansı dəyişikliklər ediləcək? – Rəsmi açıqlama


Pensiya təminatının daha təkmil mexanizmlər vasitəsilə həyata keçirilməsi üzrə qarşıda duran vəzifələrin icrasının təmin olunması, eləcə də sistemin müasir çağırışlara uyğunlaşdırılması məqsədilə bundan sonra da islahatlar davam etdiriləcək.

Sozcu.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-in pensiya təyinatında nəzərdə tutulan dəyişikliklər ilə bağlı sorğusuna cavabında bildirilib.

Qeyd edilib ki, pensiya təminatı sisteminin təkmilləşdirilməsi, o cümlədən pensiyaçıların sosial rifahının yaxşılaşdırılması, habelə sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, dövlət pensiya təminatında maliyyə dayanıqlılığının təmin edilməsi məqsədilə Nazirlik tərəfindən aidiyyəti dövlət orqanları ilə birgə ciddi islahat tədbirləri reallaşdırılıb.

"Təkcə son 1 ildə bu istiqamətdə böyük əhəmiyyətə malik olan əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin pensiya təminatında kapital məcburiliyinin aradan qaldırılması və hesablanma mexanizmində müsbət dəyişiklikləri, uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərin pensiya təminatının gücləndirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyi misal olaraq göstərə bilərik.

Bununla yanaşı, 2023-cü ilin yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək vahid qaydada artırılması mexanizmi tətbiq edilmiş, beləliklə bütün növ pensiyaların hər ilin əvvəlində avtomatlaşdırılmış qaydada artırılması təmin edilmişdir. Bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilmişdir.

Bundan əlavə dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərin pensiya təyin edildikdən sonra 6 il işlədikdə və ya işdən çıxdıqda topladıqları kapitala əsasən pensiyalarının ümumi məbləği yenidən hesablanaraq artırılması mümkün olmuşdur.

Pensiya təminatının daha təkmil mexanizmlər vasitəsilə həyata keçirilməsi üzrə qarşıda duran vəzifələrin icrasının təmin olunması, eləcə də sistemin müasir çağırışlara uyğunlaşdırılması məqsədilə bundan sonra da islahatlar davam etdiriləcəkdir", - deyə bildirilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}