Təhsil ekspertindən valideynlərə ÇAĞIRIŞ


“Məktəbyaşlı uşaqlar bu gündən 21 noyabradək tətilə çıxır. Tətil sözünün anlamını yazmıram, amma bildirmək istəyirəm ki, imkan verin uşaqlar tətildən səmərəli istifadə etsinlər. Yığıb bir sürü materialı yükləmək lazım deyil şagirdə. Fikrimcə, ev tapşırıqları ya ümumiyyətlə yığışdırılmalı, ya da ayda bir və ya iki dəfə verilməlidir”.

Sozcu.info xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi bildirib.

EFENDİ.jpg (31 KB)

“Rastlaşdığım bir çox məqamlar çox utancverici və acınacaqlıdır. Birincisi, ikinci sinif şagirdi ev tapşırıqlarının həlli üçün repetitor yanına gedir. Prosesdə bəzi valideynləri də günahkar qismində görürəm. Uşaqdan sanki beziblər. Evdə qalmasını istəmirlər. Halbuki övladının onunla zaman keçirməyə daha çox ehtiyacı var, amma o valideyn sevgisini, nəvazişini evində tapa bilmirlər”, - ekspert qeyd edib.

Qeyd edək ki, noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır. Elm və Təhsil Nazirliyindən bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən, məktəblərdə payız tətilinin günləri 16-20 noyabr – 5 gün olmaqla əhatə edir” - nazirlikdən bildirilib.

Afaq,
Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}