TƏCİLİ! Saat 20:00-ə qədər vaxt verildi: "Bunu etməsəniz..."

"Dekabrın 1-də İsrail və HƏMAS arasında humanitar fasilə və əsir mübadiləsi başa çatdıqdan sonra israilli girovların ailələri hökumətə müraciət edib".

Sozcu.info xəbər verir ki, bu sözləri girov saxlananlardan biri Tamir Adarın anası Yael Adar yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, humanitar fasilə bitdikdən sonra İsrailin müharibə rəsmiləri ilə görüşmək istəsələr də, onların tələblərinə məhəl qoyulmayıb: "Bizim istədiyimiz tək şey bu gün kabinetin bizimlə görüşməsidir, biz buna layiqik. Onların bizi görməməzlikdən gəlməsi təhqirdir".

Adar qeyd edib ki, bu gün saat 20:00-a qədər toplantı keçirilməsə, etirazlar artacaq:

"Ailələr Təl-Əvivdə Müdafiə Nazirliyinin qarşısında toplanaraq gözləyəcəklər. Hökumət nəyin bahasına olursa-olsun, girovları azad etməlidir. Dərhal danışıqlar masasına qayıdın və razılığa gəlin".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}