10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb. On uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir.
Hurriyyet.az xəbər verir ki, bu barədə TƏBİB-dən AZƏRTAC-ın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, hazırda müalicə alan uşaqların vəziyyəti stabildir.
***"Qızılca xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilmiş uşaqlarımızın sayı çoxdur. Əksəriyyəti də 5 yaşadək olan körpələrdir".
Sozcu.info xəbər verir ki, bunu Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
"Əməkdaşlarımızın 2 nəfəri hazırda xəstəxanadadır. Əlavə olaraq daha iki dayəyə ehtiyacımız var", - o bildirib.
Birliyin sədri dəstəyə ehtiyaclarının olduğunu söyləyib.