10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
Yanvarın 3-nə keçən gecə 2024-cü ilin ilk meteor yağışı gözlənilir. Həmin gün "kvadrantidlər" kimi tanınan meteor seli müşahidə olunacaq. Sozcu.info publika.az-a istinadən xəbər verir ki, bu barədə Moskva Planetariumunun (Rusiya) Mətbuat Xidməti məlumat yayıb.
Astronomlar bir saat ərzində 120-yə qədər meteorun görünə biləcəyini proqnozlaşdırırlar.
Beynəlxalq Meteor Təşkilatının proqnozlarına əsasən, aktivliyin pik olduğu gecə saatda 120-yə qədər meteor müşahidə oluna bilər ki, bu da açıq səmada dəqiqədə təxminən bir-iki meteor təşkil edir.
"Ulduz yağışı"nı müşahidə etmək üçün ən uyğun vaxt gecənin ikinci yarısı hesab olunur.