8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Keçən ay ərzində, ölkə ərazisindəki yaşayış məntəqələrində 150 minin üzərində texniki müayinə keçirilib”. Sozcu.info-nun xəbərinə görə, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib.Şöbə rəisinin açıqlamasına görə, aparılan texniki müayinələr zamanı bir sıra çatışmazlıqlar ortaya çıxıb:“Yaşayış məntəqələrində qaz təminatı ilə bağlı ilkin çatışmazlıqlar, qaz boruları quraşdırılan otaqların normativlərə uyğun olmaması və ya kənar müdaxilələrin olması, vanna otaqlarına quraşdırılan isitmə qurğularının istifadə müddətini başa vurması və istismar olunması, ən əsası isə tüstü bacasının olmamasıdır. Abonentləri bu kimi məsələlərdə diqqətli olmağa çağırırıq. Bu tip çatışmazlıqlara yol verilməsi ölümlə nəticələnə bilər”.