Bakıda məktəb işıqsız qaldı - Səbəb


Bir neçə gündür Binəqədi rayonunda yerləşən 335 saylı tam orta məktəbə elektrik enerjisinin verilişinin dayandırıldığı bildirilir. Bu səbəbdən təhsil müəssisəsinin kollektivi və orada təhsil alan şagirdlərin soyuqda, qaranlıqda qaldığı qeyd edilir.

Sozcu.info xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

İddia olunur ki, buna səbəb məktəbin elektrik enerjisinə borcun yaranmasıdır. Məhz bu səbəbdən də ötən həftənin cümə günündən məktəbə verilən elektrik kəsilib.

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, problem nəzarətə götürülüb və qısa müddətdə həll olunacaq.

globalinfo.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}