“WhatsApp”dan YENİ FUNKSİYA : Ən çox qadınların İŞİNƏ YARAYACAQ!

“WhatsApp”“Android” istifadəçilərinə profil şəkillərinin ekran görüntüsünü çəkməyə icazə verməyəcək.

 
Sozcu.info xarici KİV-ə istinadən xəbər verir ki, kontaktlarının profil şəkillərinin skrinşotlarını çəkən istifadəçilər xəta mesajı ilə qarşılaşacaq və ya qara şəkil meydana çıxacaq.

 

“WhatsApp” bu addımı istifadəçilərinin profil şəkillərinin neqativ hallarda istifadəsinin (oğurluq, saxtakarlıq, imitasiya , təcavüz və.s) qarşısını almaq üçün atır.

 

Yeni funksiya hələ ki “iOS” istifadəçiləri üçün tətbiq edilməyib. Lakin böyük ehtimal, “İPhone”larda da bu yenilənmə olacaq. 

 

Qeyd edək ki, bu funksiya daha çox xanımların işinə yarayacaq. Çünki “WhatsApp” profillərindəki şəxsi fotolarının screen edilərək götürülməsindən ən çox qadınlar şikayətçidir.   /sfera.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}