26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Son dörd ayda pensiya ödənişlərinə 263 milyon manat çox olmaqla 2 milyard 152 milyon manat yönəldilib.
Bu barədə Sozcu.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (263 milyon manat) çox olmaqla 2 milyard 152 milyon manat vəsait yönəldilib.
Pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.
Son dörd ayda 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 117 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.