26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Səudiyyə "Əl-Nəsr"i Madrid "Real"ının müdafiəçisi Antonio Rüdigeri heyətinə qatmağı planlaşdırır.
Sozcu.info xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi oyunçu üçün hərəkətə keçib. Onlar Rüdigerə 4 illik sözləşmə təklif edib. Müqaviləyə görə, Rüdiger "Əl-Nəsr"ə keçərsə, 4 il ərzində ümumilikdə 100 milyon avro qazanacaq.
Rüdiger hələlik bu təklifi cavablamayıb.
Xatırladaq ki, ötən mövsüm Rüdiger "Real"ın heyətində bütün turnirlərdə 48 oyun keçirib və 2 qol vurub və 3 qolun ötürməsini edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.