Tovuz: BİR KƏNDİN 1000 DƏRDİ -Foto

aia.az xəbər verir ki, Tovuzda bir kənd var və az qala bir əsrdir min dərd yüklənib çiyninə. Bu barədə saytımıza kənd sakinləri məlumat verib. 
Kənd dağ Şamlığı deyilən sovetlikdən ( o vaxtlar belə deyirdilər ) ayrılıb və rayonun aran ərazisində salınıb. Salınıb deyəndəki dağlıq ərazidə artan insanları torpaq sahəsi ilə təmin etmək mümkün olmadığından əhalinin bir hissəsinə burdan torpaq ayrılıb. İnsanlar da hələ ötən əsrin 70-ci illərində burda ev tikib, təsərrüfatla məşğul olub. Kənd təbii ki, əhalinin öz gücü hesabına salınıb. Dövlətin üzərinə düşənlər isə icra edilməyib. Məktəbi, səhiyyə xidməti, suyu, yolu, hətta ünvan lövhəsi belə yoxdur. 
Sağından və solundan magistiral yollar keçən kəndin dərdi, qayğısı bununla bitmir. 85 evi 400 dən artıq əhalisi olan kəndə bu problemlər sanki bilərəkdən yaradılıb və heç bir qrum əhalini dinləmir, problemlərin həllinə maraq göstərmir. Məktəb yaşlı uşaqlar 2 kilometr yol qət edib orta təhsil almaq üçün qonşu Düz Qırıqlı kəndinə gedirlər. Bu da qışın souyuğunda, yayın istisində azyaşlılr üçün çox böyük çətinlik yaradır. Eləcə də əhali ilkin tibbi xidmət üçün ya rayon mərkəzinə, ya da qonşu kəndlərə üz tutmaq məcburiyyətində qalr. İçməli suyu isə Qovlar qəsəbəsində maşınlarla gətirirlər. Texniki su üçün hərənin qapısında iri tutumlu çənlər var və pulla gətirdib onu doldururlar. 20 tondan üzü yuxarı çənlərin suyundan isə həm həyətlərindəki əkinlərini sulayır, həm də hamam, paltar, təmizlik işlərini görürlər. Bunlar çox dözülməzdir. Həm artq vəsait sərfidir, həm də normal əkinçilik üçün ciddi problemdir. 
Yəni 85 ev üçün bir subartezian quyusu vurdurmaq mümkün idi, əgər rayon İcra Hakimiyyətinin Başçısı Məmməd Məmmədov əhalisini istəsəydi. Axı cənab Prezidentin sərəncamı ilə su problemi olan rayonlarda və kəndlərdə çox sayda subartezianlar vuruldu və əhalini problemi həll edildi. Bəs bu kənd niyə unudulub? Bunun sirri də, cavabı da rayon İcra Hakimiyyətinin başçısındadır.
Bu adsız və ünvansız kəndin ən böyük dərdi isə işıqsızlıqdı. 1970-ci illərdə ağac dirəklərlə çəkilən elektrik xəttləri, hətta dirəklər belə böyük təhlükə mənbəyidir. Hava nəmlənən və azca meh olan kimi xətti təhlükəsizliyi təmin etmək adı ilə şəbəkədən ayırırlar və kənd əhalisi günlərlə, həftələrlə işıqsız qalır. Qısası xətti yenidən vurmaq enerji təminatçılarının yadından çıxır. Bu müddət ərzində də soyuducularda olan ərzaq tamamilə zay olur. Üstəlik isti yay günlərində sərinləşdirici cihazlardan istifadə etmək mümkün olmur. Qızmar günəş altında sahədə işləyib, toz-torpaq içində evə gələn adamlar işıq olmadığından pulla alıb çənlərinə doldurduqları sudan yuyunmaq üçün belə istifadə edə bilmirlər. İşıqsızlıqdan ən böyük əziyyəti isə məktəblilər çəkir, Dərslərinə çalışa bilmir, online dərslərə qoşulmadan kənarda qalırlar. Ən ziddiyyətli məqam odur ki, kəndə 3 provayder internet çəkib. Amma işıqsızlıq onların heç birindən istifadəyə imkan vermir. 
Kəndə gələn işıq irəmə deyilən xəttdən götürülüb və adı sənədlərdə Mirbəşir gedir. Bu kəndin aşağı hissəsində isə rayonun başçısına məxsus heyvandarlıq ferması, hektarlarla meyvə bağları və əkin sahələri var. Orda isə bir dəqiqə olsun işıq söndürülmür. Hətta tufanda belə. Bəs bu ayrıseçkiliyə səbəb nədir? Niyə başçı Məmməd Məmmədov öz təsərrüfatına çəkdirdiyi xətdən kəndə işıq vermək istəmir? Niyə əhalini problemlər məngənəsində boğur? Suallar çoxdur. Hətta əhalinin dediyinə görə Məmməd Məmmədov onların torpaqlarının hamısını əlindən zorla alıb və özünə yaxın maklerlər vasitəsilə müxtəlif adamlara icarəyə verdirib. Bəlkə başçı bu səbədən bu kəndə düşmən kəsilib.
Bunlar bir yana. Rayon elektrik şəbəkəsi əhaliyə işıq verəndə onlarla müqavilə imzalayıb. Şəbəkə əhalini normal işıqla təmin etməyi, əhali isə vaxtında işıq pulunu ödəməyi öhdəsinə götürüb. Rayon elektrik təsərrüfatı niyə müqavilədəki öhdəliyinə əməl etmir? Yaxud kəndə gələn elektrik dirəklərini yeniləmək çoxmu çətindir? Əlbəttə çətin deyil. Biz indi Qarabağı yenidən tikirik. İqtisadi gücümüz yetərincədir. Dünyaya həm qaz, həm işıq satırıq. Tovuzda isə səlahiyyət sahibləri adsız bir kənddə 85 evi işıqla təmin edə bilmir. Bax bu çox gülüncdür və anlaşılan deyil. Əgər rayona rəhbərlik edənlər, xidmət təşkilatlarının rəhbərləri yerində olsaydı bu çox cüzi məsələ olardı və həmən həllini tapardı.
Onu da deyək ki, əhali adi bir arayış üçün 60 kilometr yol qət edib Şamlığa getməlidi. Bu seçkilərdə də belədir. Əhali səs vermək üçün də bu qədər yol getməlidir.
Baxın problem çoxdur. Amma həlli yolları da yox deyil. Əslində bunlar elə böyük maliyyə tələb edən problem də deyil. Sadəcə aidiyyatı qrumlara rəhbərlik edənlər yerində deyil.




Oxşar Xəbərlər

Xəbər lenti