28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində təmsilçimiz “Qarabağ” Bolqarıstanın “Ludoqorets” kollektivini üstələyib və mərhələ adlayıb.Sozcu.info metbuat.az-a istinadən bildirir ki, ilk oyunda Bakıda 1:2 hesabı ilə məğlub olan “Qarabağ”ın səfər matçının əsas hissəsi 2:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda daha 4 dəfə rəqib qapısına yol tapan “Qarabağ” 7:2 hesablı fantastik qələbə ilə Çempionlar Liqasının play-off mərhələsinə adını yazdırıb.UEFA-nın rəsmi saytında yer alan məlumata görə, Çempionlar Liqasının pley-off mərhələsində iştirak edən hər bir klub 5 milyon avroya yaxın məbləğ qazanacaq. Qrup mərhələsində iştirak hüququ qazanan klublar isə 15,6 milyon avroya sahib çıxacaq.Qeyd edək ki, “Qarabağ”ın bu mərhələdə rəqibi “Dinamo Zaqreb” olacaq.