Şuşadakı beynəlxalq basketbol turnirində daha bir oyun keçirilib - YENİLƏNİB-9


3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində daha bir görüş oynanılıb.

Sozcu.info-nun məlumatına görə, B qrupunda Macarıstan millisi Yaponiyanın G FLOU klubunu sınağa çəkib.

Qarşılaşma Avropa təmsilçisinin 21:10 hesablı qələbəsi ilə yekunlaşıb.

17:13

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində növbəti oyun keçirilib.

Sozcu.info-nun məlumatına görə, Türkiyə millisi A qrupundakı sonuncu matçında Rumıniya kollektivinə uduzub - 18:19.

Qeyd edək ki, "ay-ulduzlular" əvvəlki görüşlərdə Almaniya seçməsinə və "Neftçi"yə məğlub olublar.

16:51

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində daha bir oyun baş tutub.

Sozcu.info-nun məlumatına görə, B qrupunda Niderland yığması Macarıstana 20:14 hesabı ilə qalib gəlib.

16:11

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində növbəti oyun keçirilib.

Sozcu.info verir ki, A qrupunda yer alan Almaniya millisi Rumıniya ilə üz-üzə gəlib.

Qarşılaşma almaniyalıların 21:15 hesablı qələbəsi ilə yekunlaşıb.

15:42

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində daha bir oyun keçirilib.

Sozcu.info-nun məlumatına görə, B qrupunda yer alan Azərbaycan millisi Yaponiyanın G FLOU klubu ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 21:6 hesablı qələbəsi ilə yekunlaşıb. Yığma daha əvvəl Macarıstana eyni hesabla yenilib.

15:13

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində daha bir oyun keçirilib.

Sozcu.info-nun məlumatına görə, A qrupunda yer alan "Neftçi" klubu ikinci matçında Türkiyə yığması ilə qarşılaşıb.

Görüş Azərbaycan təmsilçisinin 21:7 hesablı qələbəsi ilə başa çatıb.

14:50

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində növbəti oyun baş tutub.

Sozcu.info-nun məlumatına görə, B qrupunda yer alan Azərbaycan millisi Macarıstan seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 21:6 hesablı qələbəsi ilə yekunlaşıb.

14:25

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində növbəti oyun baş tutub.

Sozcu.info-nun məlumatına görə, A qrupunda yer alan "Neftçi" klubu Rumıniya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin 20:11 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Macarıstan kollektivi ilə qarşılaşacaq.

14:00

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində növbəti oyun keçirilib.

Sozcu.info-nun məlumatına görə, B qrupunda Niderland yığması Yaponiyanın G FLOU klubu ilə üz-üzə gəlib.

Qarşılaşma Avropa təmsilçisinin 15:9 hesablı qələbəsi ilə bitib. A qrupundakı ilk görüşdə Almaniya Türkiyə seçməsini 17:9 hesabı ilə üstələmişdi.

Azərbaycan kollektivi qrupdakı ilk oyununu saat 14:15-də Macarıstan seçməsinə, "Neftçi" isə saat 13:50-də Rumıniya yığmasına qarşı keçirəcək.

13:42

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start verilib.

Sozcu.info-nun məlumatına görə, turnirin ilk oyununda A qrupunda Almaniya və Türkiyə komandaları üz-üzə gəliblər.

Qarşılaşma Almaniya millisinin 17:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşü gənclər və idman naziri Fərid Qayıbov, həmçinin, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da izləyib.

Azərbaycan kollektivi qrupdakı ilk oyununu saat 14:15-də Macarıstan seçməsinə, "Neftçi" isə saat 13:50-də Rumıniya yığmasına qarşı keçirəcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}