30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
23-10-2024, 18:37
18-10-2024, 10:38
Bakıda yeni tikilən binalarda Mənzil Tikinti kooperativlərinin (MTK) kommunal xidmətlər üçün mənzil sahiblərindən topladıqları vəsaitlərin düzgün istifadə olunmaması ilə bağlı bir çox hallarda narazılıqlar yaranır.
Vətəndaşlar Mənzil-Tikinti Kooperativlərinin (MTK) əksəriyyətinin heç bir iqtisadi səbəb olmadan “kommunal pulu” adlandırdıqları aylıq ödənişlərin məbləğlərini son günlər daha da artırdığını bildirir.
Sozcu.info xəbər verir ki, məsələ ilə bağlı tanınmış vəkil Əkrəm Həsənov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, binanın idarəetmə qaydasını mənzil sakinləri ümumi yığıncaqda müəyyən etməlidir:
"Yəni, sakinlərin yarıdan çoxu toplaşmalı, səsvermə əsasında qaydaları təyin etməlidir. Onlar ya idarəedici təşkilat təyin etməlidirlər, ya da "Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti" adlı bir hüquqi şəxs təyin etməli və onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidilirlər.
Yığılan pulun miqdarını sakinlər birgə təyin etməlidirlər. Pul yığılmalıdır, çünki binanın hərtərəfli ehtiyacları o pulla qarşılanır. Bəzən MTK-lar qanunsuz idarəetməni davam etdirirlər. Onlara isə pul vermək lazım deyil".