Dünən, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
2024-cü ilin dekabrın sonu və 2025-ci ilin yanvarın əvvəlində qeyri-iş günlərinin sayı açıqlanıb.
Sozcu.info xəbər verir ki, 2024-cü ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2025-ci ilin yanvarın 1 və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür.
Yəni, 3 gün iş olmayacaq. 2024-cü ilin dekabrın 30-u həftənin ilk gününə təsadüf edir. Adətən belə hallarda Nazirlər Kabineti müvafiq qərar qəbul edir və iş və qeyri-iş günlərinin yeri dəyişilir. Belə olarsa, dekabrın 28 (şənbə günü), 29 (bazar günü), 30 və 31-də, 2025-ci ilin yanvarın 1 və 2-də iş olmayacaq. Beləliklə, ardıcıl 6 gün qeyri-iş günü olacaq.