27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Beyləqan rayonunda vətəndaşları qəbul etdi.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Beyləqan, Füzuli və Xocavənd rayon sakinlərini qəbul edib.
Sozcu.info xəbər verir ki, qəbuldan əvvəl Beyləqan İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla birgə ümummilli lider Heydər Əliyevin Beyləqan rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun da iştirakı ilə keçirilən qəbulda müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.