26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Hər il dekabrın 3-də bütün dünyada Beynəlxalq Əlillər Günü qeyd edilir. 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi - ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.Bəs ölkəmizdə əlilliyi olan vətəndaşlar üçün hansı imkanlar yaradılır? Sozcu.info Xəzər TV-yə istinadən bildirir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin əlillik siyası şöbəsinin əməkdaşı Fatma Əsgərovanın sözlərinə görə, əlillik təyinatına əsas verən meyarların sayı 616-ya çatdırılıb. Bu isə ötən illlərlə müqayisədə 5 dəfəyə qədər artım deməkdir. Bununla yanaşı işlə təmin edilən əlillik dərəcəsi olan şəxslərin bir sıra əlavə hüquqları da var.