26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Əməkdar artist Elza Seyidcahanın (Qasımova) müğənni Roza Zərgərliyə (Allahverdiyeva) qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Sozcu.info APA -ya istinadla xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şikayət icraata qəbul olunub və Roza Zərgərli təqsirləndirilən şəxs kimi tanınıb.
Məhkəmənin baxış iclası dekabrın 23-nə təyin olunub.
Qeyd edək ki, Elza Seyidcahan məhkəmədən Roza Zərgərlinin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə ittiham olunmasını, barəsində həbs qərarı çıxarılmasını xahiş edib.
İddiaya görə, Roza Zərgərli sosial şəbəkədə Elza Seyidcahanın ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib.