28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sozcu.info-ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Lakin gecə saatlarında bəzi qərb rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.
Yağan qarın hündürlüyü Şahbuzda 5, Daşkəsəndə 1 sm-dir.
Sumqayıt, Qusar, Naftalan, Şəmkir, Qobustan, Yevlax, Zərdab, Sabirabadda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.