27-01-2025, 14:21
12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
Azərbaycanda il ərzində 26 min 987 ton kərə yağı istehsal olunub və bunun üçün 590 min 822 ton süddən istifadə olunub.
Hurriyyet.az xəbər verir ki, yeniavaz.com-un apardığı hesablama göstərir ki, 1 kilorqam kərə yağının istehsalı üçün 21,9 litr süd sərf olunub.
Qeyd edək ki, açıqlanan sonuncu rəsmi məlumatlara görə Azərbaycanda bir litr südün topdansatış qiyməti 76 qəpiyə bərabər olub. Belə olan halda, 1 kilorqam kərə yağının istehsalı üçün 16,6 manat dəyərində süddən istifadə edilib.
Onu da bildirək ki, bu məbləğə digər xərclər (nəqliyyat, işçi, kommunal və s.) daxil deyil deyil. Kərə yağının istehsalı üçün çəkilən digər xərcləri, o cümlədən də müvafiq vergilər də nəzərə alındığı zaman açıq şəkildə görülür ki, kərə yağlarının pərakəndə satış qiymətinin 20 manatdan aşağı olması mümkün deyil.
Lakin, çox maraqlıdır ki, Azərbaycanda yerli istehsal olan əksər kərə yağlarının pərakəndə satış qiyməti 19-20 manat arasında dəyişir.Hətta bəzi müəssisələr tərəfindən istehsal olunan kərə yağlarının qiyməti daha aşağıdır.Təqdim etdiyimiz məlumatlardan da görünür ki, yerli istehsal olan kərə yağlarının 20 manatdan aşağı satılması yalnız o halda mümkün ola bilər ki, istehsalçı şirkətlər məhsulu maya dəyərindən aşağı satmış olsunlar.
Onu da qeyd edək ki, zaman-zaman sosial şəbəkələrdə kərə yağı adı ilə satışa çıxarılan məhsulların tərkibində əlavə qatqıların olması barədə məlumatlar yayılır.