26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
İyun ayında neçə günün qeyri-iş günü olacağı açıqlanıb.
İstehsalat təqvimi və iş vaxtı norması nəzərə alınaraq, 6 və 7 iyun Qurban bayramına, 15 iyun Milli Qurtuluş Gününə, 26 iyun isə Silahlı Qüvvələr Gününə təsadüf edir.
Şənbə günü olan 7 iyunun istirahət gününə düşməsi səbəbindən beşgünlük iş həftəsində çalışanlar üçün 9 iyun da qeyri-iş günü olacaq. Bununla da Qurban bayramı ilə əlaqədar vətəndaşlar 6-dan 9 iyuna qədər ardıcıl dörd gün istirahət edəcəklər.
Bundan əlavə, 15 iyun bazar gününə düşdüyü üçün 16 iyun da qeyri-iş günü elan olunub.
İyun ayında həftəsonları da nəzərə alınmaqla, ümumilikdə 13 gün istirahət günü olacaq.