Beyləqanda qanvermə aksiyası uğurla keçirildi -Fotolar

1 iyul 2025-ci il tarixində saat 09:00-da Beyləqan Rayon İcra Hakimiyyəti, Mərkəzi Qan Bankı və Beyləqan Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası həyata keçirilmişdir.

Sozcu.info xəbər verir ki, aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Beyləqan RİH başçısı aparatının əməkdaşları, eləcə də sağlamlıq imkanları olan geniş əhali təbəqəsi iştirak etmişdir.

Aksiya çərçivəsində iştirak edən bütün donorların ilkin sağlamlıq müayinəsi aparılmış, onların qan verməyə uyğunluğu müvafiq qaydada yoxlanılmışdır. Tibbi personal tərəfindən qanvermə prosesinin təhlükəsiz və sanitariya-normalara uyğun şəkildə təşkili təmin olunmuşdur. 

Təşkil edilən aksiyanın əsas məqsədi qan ehtiyatlarının təmin olunması, humanist dəyərlərin təşviqi və cəmiyyətin sağlamlıq sahəsində birgə məsuliyyət hissinin gücləndirilməsidir. Aksiya zamanı iştirakçıların fəallığı və yüksək vətəndaşlıq mövqeyi xüsusilə qeyd olunmağa layiqdir.

Beyləqan Rayon İcra Hakimiyyəti olaraq aksiyada iştirak edən bütün vətəndaşlara təşəkkürümüzü bildirir və gələcəkdə belə önəmli təşəbbüslərdə davamlı iştirak etməyə çağırış edirik!




Oxşar Xəbərlər

Xəbər lenti