10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
Əziz şagirdlər!
Hörmətli müəllimlər və valideynlər!
Sizi, yeni dərs ilinin başlanması, “Bilik Günü” münasibəti ilə səmimi-qəlbdən təbrik edir, hər birinizə qarşıdakı dərs ilində bol enerji və yeni-yeni uğurlar arzulayıram.
Bilik, elm və təhsil hər bir insanın həyatında ən dəyərli sərvət olmaqla yanaşı, dövlətin inkişafını və xalqın tərəqqisini təmin edən ən mühüm amildir. Əbəs yerə deyilmir ki, təhsil gələcəyin inkişaf faktorudur. Bu gün təhsilə qoyulan hər bir sərmayə sabah ölkəmizin gücünə, rifahına və dayanıqlı inkişafına çevrilir. Məhz hərtərəfli bilik və bacarıqlara malik savadlı, geniş dünyagörüşlü, müasir texnologiyalara yiyələnmiş gənclər də cəmiyyətin sosial-iqtisadi inkişafını təmin edir.
Bu gün ölkə başçımız cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğı hesabına Azərbaycanda təhsilin bütün sahələri inkişaf edir. Görülən işlər, qarşıya qoyulan məqsədlər, hədəflər naminə həyata keçirilən ardıcıl və davamlı tədbirlər öz bəhrəsini göstərir. Ölkəmizin ən ucqar yerlərində belə şagirdlərin keyfiyyətli təhsil almaları, elmi biliklərə yiyələnmələri üçün ən müasir şərait yaradılıb. Bütün bunlardan səmərəli istifadə edərək, xalqına, dövlətinə layiqli vətəndaş yetişmək və yetişdirmək isə, ilk növbədə müəllimlərin və təhsil alanların borcudur.
Əziz gənclər, Siz bu gün aldığınız biliklərlə gələcəyin uğurlu mütəxəssislərinə, cəmiyyətin aparıcı qüvvəsinə çevrilirsiniz. Oxumaq, öyrənmək və əzmlə çalışmaqla həm özünüzü, həm də vətənimizi daha da zirvələrə yüksəldəcəksiniz. Çalışın ki, gələcəyin peşəkar mütəxəssisləri, nümunəvi vətəndaşları olasınız.
Bildiyiniz kimi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Bir daha Sizin hər birinizi yeni tədris ilinin başlanması münasibətilə təbrik edirəm, qarşıdakı 2025/2026-cı tədris ilində Sizlərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq, xoş əhval-ruhiyyə və böyük nailiyyətlər arzulayıram.
Hörmətlə,
Beyləqan Rayon İcra
Hakimiyyətinin başçısı: Əziz Əzizov