Dünən, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq 17-si axşamadək arabir yağış yağacağı gözlənilir.Sozcu.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli olacağı , şimşək çaxacağı ehtimalı var.Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.