Beyləqanda yol infrastrukturu yenilənir -Əlizamin Mustafalı küçəsi sakinlərin istifadəsinə verilib/FOTO


Beyləqanda asfaltlanma işləri davam etdirilir

Ölkə başçısı Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Beyləqan rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri ardıcıl şəkildə davam etdirilir. Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon infrastrukturunun yenilənməsi, küçə və yol şəbəkəsinin müasir tələblərə uyğunlaşdırılması və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu tədbirlər mərhələli və sistemli xarakter daşıyır.

Bu çərçivədə Beyləqan şəhəri şəhid Əlizamin Mustafalının adını daşıyan küçədə yeni asfalt örtüyü çəkilərək sakinlərin istifadəsinə verilib. İcra olunan işlər nəticəsində küçənin yol örtüyü əsaslı şəkildə yenilənib, nəqliyyatın hərəkəti və piyadaların təhlükəsizliyi üçün daha əlverişli şərait yaradılıb.

Sozcu.info xəbər verir ki, sözügedən küçədə yaxın günlərdə yeni səki də salınaraq sakinlərin istifadəsinə verilmişdi. Ardıcıl şəkildə həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri Beyləqan rayonunda rahat və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlib.




Oxşar Xəbərlər

Xəbər lenti