Sellülitləri yox edin


Xanımları ən çox narahat edən qüsurlardan biri də sellülitdir. Bu səbəbdən kalorinin qeyri-bərabər toplandığı bölgələri müxtəlif yollarla örtməyə çalışırlar.

Ev şəraitində 1 həftə ərzində sellülitdən qurtulmağın yollarını təqdim edirik.

Bədəndəki xoşagəlməz görüntüdən xilas olmaq istəyirsinizsə, öncə məşq proqramı hazırlayın. Evdə edilə biləcək asan məşqlərlə ayaqlarınızı daha çox işlək vəziyyətə gətirin. Hərəkət edən ayaqlar yağ yandırdığı üçün sellülit meydana gəlməsinin qarşısını alır. Məşq hərəkətlərində ayaqların işləməsi çox vacibdir.

Sellülitdən xilas olmaq üçün hər səhər bir qaşıq zeytun yağı da istehlak edə bilərsiniz. Zeytun yağı bədəndəki yağların əriməsində təsirlidir. Bədənin ehtiyac duyduğu su istehlakı da sellülit üçün çox vacibdir. Daha çox su içmək bədəndəki yağların azalmasına kömək edəcək və sellülitin yaranmasının qarşısını alacaq. (Axşam.az)



Oxşar Xəbərlər

Xəbər lenti