Beyləqan RİH-də vətəndaş qəbulu keçirilib -Fotolar

11 fevral 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən vətəndaş qəbulu keçirilib.

Sozcu.info xəbər verir ki, qəbulda icra hakimiyyəti başçısı ilə birgə onun müavinləri, İcra Hakimiyyəti başçısı aparatının şöbə və sektor müdirləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Qəbul növbəlilik prinsipi əsasında təşkil olunub. Şəhid ailələri, qazilər və digər həssas kateqoriyadan olan vətəndaşlar növbədənkənar qəbul ediliblər. Qəbul zamanı hər bir vətəndaşın müraciəti rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilib. Qanunvericiliyə uyğun olaraq həlli mümkün olan müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb, digər müraciətlər üzrə aidiyyəti qurumlara tapşırıqlar verilib.

Qəbuldan iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.




Oxşar Xəbərlər

Xəbər lenti