5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
23-10-2024, 18:37
Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq, oktyabrın 9-da İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.
Sozcu.info xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinləri, şöbə müdirləri, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 48 nəfər vətəndaşı qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
Qəbul zamanı şəhid ailələrinin, müharibə iştirakçılarının və bu kimi həssas kateqoriyadan olan şəxslərin müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Qəbulda vətəndaşların əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sozcu.info