26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, aprelin 1-dən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağası qüvvəyə minir.
Sozcu.info xəbər verir ki, qaydaya əməl etməyənlər 30 manat cərimə olunacaqlar.
Metropoliten rəhbərliyi sərnişinlərə müraciət edib: “Unutmayın ki, qaydalar hər bir sərnişinin sağlamlığı və rahatlığı üçün nəzərdə tutulub. Gəlin ictimai nəqliyyatda sağlam mühiti birlikdə qoruyaq. Daha rahat səfər üçün qaydalara riayət edək”.