Xərçəng xəstəliyinə səbəb ola biləcək iki qida məhsulu


Kardioloq Aurelio Roxas xərçəng və bir çox digər ciddi xəstəliklərin yaranmasına səbəb ola biləcək iki qida məhsulunu açıqlayıb.

Həkim süd vəzisi, yoğun bağırsaq, mədə, mədəaltı vəzi, endometriya və prostat vəzi xərçəngi olan pasiyentlərin qanında adətən yüksək səviyyədə insulin aşkar edildiyini bildirib.

Aurelio Roxasın sözlərinə görə, insulin şiş hüceyrələrinin böyüməsini və çoxalmasını stimullaşdıran, eyni zamanda onların məhv olmasının qarşısını alan bir növ "gübrə" rolunu oynayır:

"Qanda insulin səviyyəsinin yüksək olması (hiperinsulinemiya) orqanizm üçün ciddi təhlükədir. Bu vəziyyətə əsas səbəb olan iki qida məhsulu isə şəkər və rafinə edilmiş buğda unudur".

Həkim qeyd edib ki, bu qidaların həddindən artıq istehlakı yalnız onkoloji problemlərlə məhdudlaşmır. Belə ki, şəkər və rafinə edilmiş un məmulatları qanda insulin səviyyəsinin qeyri-mütənasib şəkildə kəskin artmasına səbəb olur ki, bu da infarkt, insult və digər ürək-damar xəstəliklərinin yaranma riskini dəfələrlə artırır.

Mütəxəssis bu xəstəliklərdən qorunmaq üçün qeyd olunan qidaların rasiondan çıxarılmasını və ya minimuma endirilməsini tövsiyə edir.//Oxu.Az



Oxşar Xəbərlər

Xəbər lenti