İNK və DAMMİB-də “Nəriman Nərimanov” kitabının təqdimatı və elmi konfrans-FOTO

 

İNK və DAMMİB-də “Nəriman Nərimanov”  kitabının təqdimatı və elmi konfrans-FOTO

DAMM-nin Mətbuat  Evində DAMM-nin 1-ci vitse prezidenti, İNK-nin sədri Rasim Məmmədov və Gürcüstan Azərbaycanlıları  Milli  Konqresinin sədri Əli Babayevin  təşəbbüsü ilə  keçirilən  olduqca maraqlı  tədbiri onların  vətəndaş  mövqeyinin, mədəni  irsimizə olan qayğıkeş və həssas münasibətinin  təzahürü, günümüzün diqqət çəkən hadisələrindən biri kimi ən yüksək  qiymətləndirmək  yerinə düşərdi. Bəli, Azərbaycanın görkəmli dövlət və ictimai-siyasi xadimi  Nəriman Nərimanov haqqında ilk dəfə  Bakıda 1957-ci ildə kiril əlifbası ilə  Azərbaycanın digər  görkəmli ictimai-siyasi xadimi, əslən Yardımlı rayonundan olan Vəli Məmmədov tərəfindən  tədqiq edilərək yazılmış "Nəriman Nərimanov” kitabının Azərbaycan və  gürcü  dillərində  təkrarən nəşr olunması ilə bağlı tədbirdə Gürcüstanın tanınmış elm  adamları, geniş  ictimaiyyətin  nümayəndələri, N. Nərimanov və V. Məmmədov sevənlər iştirak  edirdilər. Kitabın  tərtibçisi Mirzə  Məmmədoğlu Maşovdur.

 

 Tədbirdə DAMM-nin vitse-prezidenti və İNK-nın sədri Rasim Məmmədov, Nəriman Nərimanov kimi şəxsiyyətin  gürcülər tərəfindən tanınmasında bu kitabın əhəmiyyətindən, Nəriman Nərimanov irsinin yüksək  mənəvi keyfiyyətlərindən danışmış, kitabın yenidən nəşrinin  zərurətdən doğduğunu vurğulamış Əli Babyevə öz təşəkkürlərini bildirdi.

 BDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov, Tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdövsiyyə Əhmədova, BDU-nun professoru Əsədulla Qurbanov və  başqaları Nəriman Nərimanov şəxsiyyəti haqqında öz dəyərli fikir və mülahizələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.

İki dildə  çap olunmuş monoqrafiya iştirakçılar tərəfindən yüksək  dəyərləndirildi. Monoqrafiya az tapılan kitablardan olduğundan və yeni nəsil onu oxuya bilmədiyindən bu  qiymətli , mənəvi irsi yenidən Nərimanov sevənlərin ixtiyarına vermək  məqsədini qarşıya məqsəd qoyan Əli Babayevin bu  xeyirxah addımı əslində  hər kəsə görk, nümunə ola biləcək ədəbi  hadisədir demək daha doğru olardı.

  Gürcüstan Azərbaycanlıları Milli  Konqresinin sədri Əli Babayev "Yeni Sözçü” qəzetinə açıqlama verərək bildirdi ki, bu son dərəcə qiymətli  monoqrafiyanın  müəllifi Vəli Məmmədovu yaxından  tanıdığı, Bakıda təhsil aldığı vaxtlar onun işlədiyi yerdə təcrübə keçdiyini, qayğıkeş, həssas insan, yüksək intellektli rəhbər kadr kimi və digər nəcib insani xüsusiyyətlərindən, gürcüstanlılar üçün doğma olan Vəli Məmmədov və Nəriman Nərimanov şəxsiyyətlərini bir daha yad etməyə qərar  verdiklərini diqqətə  çatdırmışdır. Vəli Məmmədovun bu kitabı ilə Nəriman Nərimanovu  xalqımıza bir daha  sevdirdiyini, bunun ona geniş  ictimaiyyət arasında yüksək nüfuz, hörmət  qazandıran səbəblərdən biri olduğunu xüsusi vurğuladı.

  Əli Babayev həmçinin Vəli  Məmmədovun monoqrafiyanı hazırlayarkən Bakı, Tiflis, İrəvan, Odessa, Kiyev,  Leninqrad və Moskva şəhərlərinin arxiv və kitabxanalarında  çalışmış, Nəriman Nərimanovun sağ qalmış qohumlarını və  dostlarını tapıb onlardan çox qiymətli və maraqlı sənədlər, foto-şəkillər və xatirələr əldə etməyə nail  olduğunu bildirmişdir.

  Əli Babyev həmçinin Nəriman Nərimanovun Tiflisdə anadan olmasının, böyüməsinin, Qori Müəllimlər Seminariyasındı təhsil aldığını, Qızılhacılı kəndində müəllim, Tiflisdə həkmi kimi fəaliyyətini və bu səbəbdən də gürcü oxucuları üçün də maraqlı və qiymətli olduğunu nəzərə  aldıqlarına diqqət çəkmişdir. Eyni zamanda 1991-ci il 20 noyabrda  vertolyot  qəzası zamanı erməni  terrorizminin qurbanlarından biri olan Vəli Məmmədovun yanvarın 7-də  doğum günü olmasına, kitabın onun  xatirəsinə bir töhvə olduğunu vurğulamışdır. O, eyni zamanda Bakıda təhsil  aldığı günlərdə Vəli Məmmədovla yaxından tanış  olduğunu onun hər il  Qızılhacılı  kəndinin yerləşdiyi  Marneuli rayonunda  keçirilən Nəriman Nərimanov günlərinə alim, yazıçı və ictimaiyyət  nümayəndələri ilə  birində  təşrif buyurduğunun yaxşı yadımda olduğunu da xüsusi qeyd etmişdir. Bu nadir və yeni kitabın Nəriman Nərimanovun  Bakı və Tiflisdəki ev  muzeylərinə, M. F, Axundov adına Azərbaycan  Mədəniyyəti Muzeyinə, kitabxanalara hədiyyə olunacağı qeyd etdi.    

Kitabın tərtibçisi-tərcüməçisi Mirzə Məmmədoğlu Maşov telefon  vasitəsilə açıqlamasında kitabın  gürcü dilində çap  olunmasının əhəmiyyətindən, tərcümə prosesində gürcü yazıçılarının ona  göstərdikləri diqqət, qayğı və yardımdan, yazıçı olaraq Nəriman Nərimanov  yaradıcılığından ətraflı söhbət açdı.

  Kitabın redaktoru, tanınmış gürcü yazıçısı Nəriman (Naro Kol) Yaşağaşvilidir.

Tahir,

"Yeni Sözçü” qəzeti

 

İNK və DAMMİB-də “Nəriman Nərimanov”  kitabının təqdimatı və elmi konfrans-FOTO

 

İNK və DAMMİB-də “Nəriman Nərimanov”  kitabının təqdimatı və elmi konfrans-FOTO

 

İNK və DAMMİB-də “Nəriman Nərimanov”  kitabının təqdimatı və elmi konfrans-FOTO

 

İNK və DAMMİB-də “Nəriman Nərimanov”  kitabının təqdimatı və elmi konfrans-FOTO

 

İNK və DAMMİB-də “Nəriman Nərimanov”  kitabının təqdimatı və elmi konfrans-FOTO

 


 



Oxşar Xəbərlər

Xəbər lenti