8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hazırda ölkədən kənarda olduğunu bildirən R.Quliyev ondan xəbərsiz belə bir vəzifəyə layiq görülməsindən fəxr duyduğunu bildirdi. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin hər zaman onun üçün doğma olduğunu bildirən Xalq artisti DAMM-ı Azərbaycanın ən nüfuzlu mədəniyyət ocaqlarından biri adlandırdı. DAMM-ın yaranmasından və keçdiyi yoldan, ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs edən R.Quliyev fəxri prezidenti ümummilli lider Heydər Əliyevin, təsisçisi, İdarə Heyətinin fəxri sədri Azərbaycanın xalq şairi mərhum Söhrab Tahirin yolu ilə davam edən DAMM İB-nin bir çox uğurlu layihələr həyata keçirdiyini vurğuladı: "Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti, Xalq yazıçısı, professor Çingiz Abdullayev, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin birinci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov və İctimai Nəzarət Koalisiyasının sədr müavini, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili və digər dəyərli ziyalılarımızın zəhməti sayəsində fəaliyyət göstərən təşkilat bu günün tələblərinə uyğun olaraq yüksək səviyyədə Azərbaycançılıq ideyasına sədaqətlə xidmət edir və Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrini verir".