Moskvaya PUA hücumu: hava limanları bağlandı
Milli Məclisin növbəti iclası başladı
Avtobusla Sumqayıtdan Bakıya gələnlərə
ŞAD XƏBƏR
Xəstəxana direktoru işçini döyüb? -
VİDEO
ABŞ-ın bu qərarı hər an dəyişə bilər -
Tusk
Neft bahalaşmaqda davam edir
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Oqtay Şirəliyevin yerinə təkrar seçki keçiriləcək
İcra başçısının oğlu aparat rəhbəri TƏYİN OLUNDU
Oteldə əməliyyat: müdir və resepşın tutuldu
Ramal bu müğənni ilə sevgili imiş -
FOTO
İş qurmaq adı ilə 87 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Əvvəlki
Sonrakı
Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyulub
-ÖZƏL
17-10-2025, 18:29
İcarədardan Azay Möhnətova yeni ittihamlar
:Kompensasiya maxinasiyası
14-10-2025, 22:23
Xankəndidə keçirilən hərbi parad
17-09-2025, 13:59
Antiterror əməliyyatı zamanı hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər
16-09-2025, 13:04
Polşada HƏYƏCAN: Müdafiə qüvvələri təcili SƏFƏRBƏR EDİLDİ
10-09-2025, 10:22
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
"ABŞ hərbçiləri saatlarla Qarabağ döyüşlərinin videosuna baxırlar..."
-"Foreign Policy" jurnalı
ABŞ-ın məşhur "
Foreign Policy
" jurnalı Qarabağ döyüşlərindən Amerika ordusunun çııxarmalı olduğu dərslərdən yazıb. Pentaqon və milli təhlükəsizlik reportyoru Cek Deç dərgidə yazıb ki, ötən payız Azərbaycan Dağlıq Qarabağda gedən hava müharibəsində Türkiyə istehsalı PUA-lar və kamikaze dronları ilə qalib gələndə, ABŞ-ın ordu strateqlərinə bir məsələ aydın oldu: İndi artıq qoşunları tutmaq və məhv etmək həm asan, həm də ucuz olub.
Məqalədə deyilir ki, çox da baha olmayan döyüş dronları yaxın gələcəkdə mövqelərini tərk edən, məsələn yuyunmağa gedən əsgərləri bir anda məhv edəcək.
ABŞ ordusunun Asimmetrik Müharibə Qrupunun başçısı, polkovnik Skot Şou deyib:
“Videolarda tankların, artilleriya mövqelərinin, qoşunların pilotsuz hava sistemləri ilə necə vurulduğu aydın görünür”.
Polkovnikin qənaətinə görə, Azərbaycan Ermənistana qalib gələndən sonra bir şey aydın olub ki, ABŞ hərbiyyəsi bundan sonra Çin kimi rəqiblərə qarşı hava qüdrəti üstünlüyünə malik deyil və indi hətta yoxsul ölkələr də özləri üçün piştaxta üstündən mötəbər hərbi-hava qüvvəsi ala bilərlər:
“Aydın olan budur ki, indi daha az vəsaiti olan ölkələr də müxtəlif silahlı müharibə apara bilərlər. Bunun üçün Birləşmiş Ştatlar və ya Rusiya olmağa ehtiyac yoxdur. Müxtəlif silahlı müharibəyə girmək əvvəllər düşünüldüyündən daha ucuz başa gəlirmiş. Lokal hava-yer, hava-hava fəaliyyətində olmaq üçün Birləşmiş Ştatların super təlim görmüş, heyrətamiz qüdrətə malik hərbi-hava qüvvələrinə ehtiyac yoxdur”.
Deç yazır ki, 6 həftəlik müharibə zamanı Azərbaycan ordusu Türkiyə istehsalı "Bayraktar TB2" dronlarından, əksəriyyəti İsrail istehsalı olan intihar PUA-larından istifadə etməklə Ermənistanın zirehli qüvvələrini, hətta onun hələ cəbhə xəttinə gəlib çıxmağa imkan tapmayan təchizat zəncirini məhv edib. Müəllif yada salır ki, Ermənistanın hərbi maşın karvanlarının və silah anbarlarının dağıdılması yeni hərbi yanaşmaya ehtiyac olduğunu göstərir.
Deç yazır ki, Azərbaycan prezidenti İlham Əliyev müharibənin son günlərində döyüşlər zamanı məhv edilmiş və ələ keçirilmiş texnikanın siyahısını “camaşırxana siyahısı” kimi oxuyurdu: 250 tank, 50 piyadaların döyüş maşını, 198 yük avtomobili, 17 qanadlı artilleriya birliyi, dörd Rusiya istehsalı S-300 raketdən müdafiə sistemi…
Əliyev deyib ki, Türkiyə dronları ilə Ermənistanın 1 milyard dollarlıq hərbi texnikası və döyüş avadanlığı məhv edilib.
Polkovnik Şou deyir ki, Dağlıq Qarabağdakı müharibə ABŞ hərbiyyəsinin əsasən güvəndiyi və hər iki İraq müharibəsində istifadə etdiyi “sarsıt və qorxut” taktikasının keçmişdə qaldığını nümayiş etdirib.
Ekspertlərin fikrincə, indi Birləşmiş Ştatlar keçmişdə olduğu kimi üzücü “vur-dağıt” tipli müharibəyə hazır olmalıdır.
Uilson Mərkəzinin Kennan İnstitutunun aparıcı alimlərindən Maykl Kofman ABŞ ordusunun gələcək müharibələr üçün hazırkı konsepsiyasına işarə edərək deyir ki, ümumən reallıqda “sarsıt və hürküt” taktikası onun haqqında söylənən şəkildə baş vermir.
Polkovnik Şou düşünür ki, perspektivdə pilotsuz maşınlar təkcə havada olmayacaq, onlardan quruda və dənizlərdə də istifadə ediləcək:
“Pilotsuz sistemlər geniş yayılacaq, çünki onlar ucuzdur, ölçüləri də kiçilə-kiçilə gedəcək”.
"Foreign Policy" yazır ki, əslində ABŞ müdafiəsini planlaşdıranlar bu istiqamətdə işləyirlər. Keçmiş müdafiə naziri Mark Esper Tramp administrasiyasının direktivini yerinə yetirməyə çalışırdı. Bu direktiv 355 gəmilik hərbi donanmada heyətsiz gəmilərə daha çox investisiyalar yatırılmasını nəzərdə tuturdu. Hərçənd Bayden administrasiyasının bu məsələyə necə yanaşacağı hələlik məlum deyil.
Amma burası da var ki, pilotsuz uçuş aparatları getdikcə daha da ölümcül olur. Özü piyada qoşunlarında xidmət etmiş Şou düşünür ki, dronlar getdikcə daha çox “uçan tanklara” bənzəyəcək.
Onun fikrincə, dronları vurmaq çətinləşdikcə, qurudakı qoşunları məhv etmək asanlaşacaq, döyüş meydanlarının müşahidəsi isə daha ucuz başa gələcək. Bu isə deməkdir ki, üzünün rəng kamuflyajı naxışını iki onillikdir dəyişməyən ordu, gözə görünüb daha zəif rəqib tərəfindən öldürülməmək üçün yeni yollar axtarmalıdır.
Deç yazır ki, bütün bunlar ABŞ-ın ənənəvi müharibə manevr üslübü üçün yeni çətinliklər yaradır. Məsələn, ABŞ ordusu son 20 ildə İraq və Əfqanıstan müharibələrində FM dalğaları ilə aparılan kommunikasiyaya güvənib. Halbuki, Rusiya kimi ölkələr döyüş birliklərinin yerini aşkara çıxarıb zərbə endirmək sahəsində daha da ustalaşırlar.
Polkovnik Şou deyir ki, ordu özünün kamuflyaj və maskalanma üslubunu dəyişməlidir:
“Sən döyüş maşınını harda istəsən gizlədə bilrəsən. Amma sən döyüş mövqeyinə gedən izləri, tank tırtıllarının izlərini gizlədə bilməzsən. Ayaq izləri də bu qəbildəndir. Odur ki, taktiki səviyyədə biz hərəkətlərimizi, mövqelərimizi, qərargahlarımızı gizlətməyin yollarını axtarmalıyıq”.
"Foreign Policy" yazır ki, polkovnik Şounun 20 ildir işlədiyi bölmə bağlanmaq üzrədir, amma o artıq başqa xidmətlərin başçılarına, məsələn, Ordu Təlimi və Doktrina Komandanlığının rəhbəri general Pol Fank və onun saatlarla Dağlıq Qarabağ müharibəsinin döyüş səhnələrinin videolarını izləyən əsgərlərinə brifinq verməklə məşğuldur./azpolitika
Oxşar Xəbərlər
Hindistan generalı Azərbaycan ordusunun erməni tanklarını kütləvi məhv etməsi haqda
İrəvanın hava məkanını müdafiə edən S-300 -lər Qarabağa gətirilir - "Anında məhv ediləcək"
Türkiyənin sürü halında uçan kamikadze-dronları: 3 dost ölkəyə ixrac üçün danışıqlar gedir
Türk PUA-ları Ermənistana 1.5 milyardlıq ziyan vurub
Xəbər lenti
Sabah bu rayonlarda qaz olmayacaq
Moskvaya PUA hücumu: hava limanları bağlandı
Milli Məclisin növbəti iclası başladı
Avtobusla Sumqayıtdan Bakıya gələnlərə
ŞAD XƏBƏR
Xəstəxana direktoru işçini döyüb? -
VİDEO
Salyanda maşın yandı -
VİDEO
ABŞ-ın bu qərarı hər an dəyişə bilər -
Tusk
Neft bahalaşmaqda davam edir
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Oqtay Şirəliyevin yerinə təkrar seçki keçiriləcək
İcra başçısının oğlu aparat rəhbəri TƏYİN OLUNDU
Oteldə əməliyyat: müdir və resepşın tutuldu
Ramal bu müğənni ilə sevgili imiş -
FOTO
Ayda 16 AZN ödəyəcəksiniz -
YENİ QANUN
İş qurmaq adı ilə 87 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Adnan Əhmədzadə ilə bağlı Dubayda da istintaq başladı -
ŞOK FAKTLAR
Azərbaycan dizeli hansı ölkələrə və neçəyə satıb? – Siyahı
Gələn ildən sosial yardım nə qədər artacaq?
Tramp Putinlə görüşünü niyə ləğv etdiyini açıqladı
Azərbaycanlıların olduğu təyyarə İrəvana endi -
9 il sonra yeni görüş
Kirayə yaşadığı evdən çıxarılması ilə gündəm olan alim vəfat etdi
Bakıda avtomobildə partlayış olub -
Xəsarət alan var
Prezident təsdiqlədi:
Onlara verilən pulun məbləği artırıldı
Nazim Qasımov həkim olmayan Nigar Sultanovaya necə şəhadətnamə verib? -
ARAŞDIRMA
Azərbaycanda yeni medal təsis edildi
"TikTok"da "qara pullar" necə yuyulur? —
Qalmaqallı AÇIQLAMA
Prezident Sərəncam imzaladı
Şahdağ və Kəlbəcərə qar yağıb
Azərbaycanın valyuta ehtiyatları AÇIQLANDI
Prezidentdən Yaqub Eyyubovla bağlı
SƏRƏNCAM
Paşinyan Türkiyə ilə sərhədin açılışından danışıb
AZAL-ın təyyarəsi İrəvanda!
Ətin qiyməti 21 manata qalxdı
Nikol Paşinyan İlham Əliyevə təşəkkür etdi -
Buna görə
Həbsdəki sabiq qərargah rəisi vaxtından əvvəl azadlığa çıxdı
Türkiyə səhəri zəlzələ ilə açdı
Əməkdar həkim vəfat etdi
Rusiya Çerniqova hücum etdi -
Ölənlər var
Ramiz Mehdiyevin dəbdəbəli avtomobilləri -
Model siyahısı + FOTOLAR
Bakı-Qəbələ-Bakı marşrutu üzrə VACİB XƏBƏR
“Zəngəzur dəhlizi 2028-ci ilin sonunadək açıla bilər” -
Prezident
Doğum vaxtı öldüyü iddia olunan beş uşağının ikisi sağ imiş – 4
4 İL SONRA ORTAYA ÇIXAN ŞOK FAKTLAR
Ramiz Mehdiyevin gömrükdəki ƏSAS ADAMI: Azər Məmmədov... -
HƏLƏ DƏ İŞ BAŞINDADIR...
Ermənistan İlham Əliyevin bəyanatını alqışlayır
İlham Əliyevin Tokayevlə təkbətək görüşü oldu -
FOTOLAR
Siyəzəndə 6 baş inəyi elektrik vurub öldürdü
Astanada Prezidentin rəsmi qarşılanma mərasimi keçirildi
15 saylı uşaq poliklinikasında rentgen aparatı işləmir-
ŞİKAYƏT
“Kazinform” müsahibəsi
Prezident İlham Əliyevin müsahibəsi
-Liderlik Dərsliyi
PRİZMA
“Böyük Qayıdış” – Zəngilanın Yeni İnkişaf Dövrü
MÜSAHİBƏ
1
2
3
4
5
6
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏHLİL
ABŞ İSRAİLİ SON ÇƏTİN VƏZİYYƏTDƏN QORUDU VƏ...
- "Bu mərhələdə əsas hədəf isə heç şübhəsiz İrandır"
SOSİAL
1
2
3
4
5
6
Sabah bu rayonlarda qaz olmayacaq
Ayda 16 AZN ödəyəcəksiniz -
YENİ QANUN
Gələn ildən sosial yardım nə qədər artacaq?
Şahdağ və Kəlbəcərə qar yağıb
Sabah yağış yağacaq
Hacıqabulda erkən nikahın qarşısı alındı