10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Klaarın Arazdəyən səfəri: Zakir Həsənovun xüsusi nümayəndəyə güc tətbiqi xəbərdarlığı –
Azərbaycan-Türkiyə ordularının birgə hərbi təlimlərinin intensivləşdiyi, Azərbaycan polisinin Gorus-Qafan yolunda post qurararaq Ermənistana İrandan girən avtomobilləri yoxladığı bir zamanda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın regiona səfəri diqqət çəkir.
Avropa İttifaqının regionda postmüharibə dövrü üçün maraqlarını bundan əvvəlki yazılarımızda aydınlaşdırmağa çalışmışıq.
Yeni səfər fonunda isə Avropa İttifaqının strateji hədəflərini bir daha xatırlatmaq yerinə düşər.
1. Avropa İttifaqı Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. İttifaq dəhlizi Çinlə ticarətin inkişaf etdirilməsində orta dəhliz statusunda nəzərdən keçirir,
2. Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasında vasitəçilik təşəbbüsünü ələ alıb Rusiyanın mövqeyini neytrallaşdırmaq istəyir,
3. Avropa İttifaqı Azərbaycanın işğaldan azad etdiyi ərazilərə investisiya yatırmaq niyyətindədir, bu coğrafiya Avropa İttifaqına əlavə iqtisadi dividentlər baxımından vacibdir.
Avropa İttifaqını, o cümlədən onun lokomotiv üzvü Fransanı narahat edən məsələ isə Türkiyə amili ilə əlaqədardır, İttifaq Türkiyənin regionda möhkəmlənməsindən və hərbi iştirakının artırmasından narahatdır.
Regionda qlobal güclərin geosiyasi maraqları toqquşur, hərçənd Bakının diplomatiyasında mexanizm elə qurulub ki, bu maraqlar praktiki olaraq böyük ambisiyalara çevrilə bilmir.
Bakıya ən böyük dəstək Türkiyədən gəlir, birgə hərbi təlimlərin yeni coğrafiyaya – Laçına daşınması isə Azərbaycan-Türkiyə müştərək maraqlarının miqyasının genişlənməsindən xəbər verir.
Təlimlərin keçirilməsi ərəfəsində Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan, Kəlbəcər, Laçın istiqamətində atəşkəsin intensiv pozulması halları müşahidə edilirdi, indi isə erməni təxribatları səngiyib.
Azərbaycan Zəngəzur dəhlizinin tam gücü ilə işə düşməsi üçün strateji yüksəkliklərdə mövqe qurmaq zərurətini ortaya qoydu, çünki bu, Bakının İrəvan üzərində diktə gücünü artırmaq demək idi. Ermənistanın atəşkəsi pozmaq səbəbi də Azərbaycan ordusunun daha irəli ərazilərdə mövqelənməsinin qarşısını almağa hesablanmışdı, amma bunun nəticəsinin olmayacağını özləri də dərk edirdilər.
İndi isə Toivo Klaarın regiona, o cümlədən Naxçıvanla sərhədə, Arazdəyən kəndinə gəlişi hərbi mövqelərin müqayisəsi, bunun perspektiv üçün hansı nəticələrə gətirib çıxaracağı analizi baxımından Avropa İttifaqına lazımdır.
“Bu səfərim məndə Ermənistan və Azərbaycanın hərbi mövqelərinin nə qədər yaxın olduğuna dair yaxşı təəssürat yaratdı. Dialoq mühiti yaratmaq üçün sərhəddəki gərginliyi azaltmaq çox vacibdir. Avropa Birliyi bu mövzuda dəstək verməyə hazırdır”, - deyə, Klaar bildirib.
Bəli, gərginlik azaldılmalıdır, amma buna görə yayğın, ikibaşlı diplomatik bəyanatlardansa İrəvana konkret təzyiq mexanizmlərini tətbiq etmək vacibdir.
Gərginliyin azalması Ermənistanın mövqeyindən asılıdır, hərçənd ki, İrəvan mövqeyini dəyişməsə belə, Azərbaycan yenidən başqa metodlarla ona diktəsini yeridəcək.
Toivo Klaar sentyabrın 16-də isə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb. Zakir Həsənov ona Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların qarşısının alındığı və bundan sonra da baş verə biləcək bu kimi hallara qarşı müvafiq tədbirlərin görüləcəyini xüsusi vurğulayıb.
Ermənistan tərəfinin vəziyyəti gərginləşdirməyə cəhd etməsinin qəbuledilməz olduğunu qeyd edən nazir beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə layiqli qiymət verilməsinin və müvafiq addımlar atılmasının vacibliyini bildirib.
Yəni, Azərbaycana kimin hansı statusda və portfelində hansı paketlə gəlməsindən asılı olmayaraq Bakı öz prinsipial mövqeyini çatdırır və hərbi güc tətbiqini də aşkar bildirir.
Toivo Klaarın səfərinin məqsədlərindən biri də Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair Ankaradan və İrəvandan verilən isti mesajlarla bağlı ola bilər.
Bu məsələdə mövqelərin uzlaşdırılması vacibdir, Avropa İttifaqı elə seçim etməlidir ki, nə Ankara, nə də Bakı narazı qalmasın.
Ümumilikdə Toivo Klaarın regiona səfəri sülh hazırlığı prosesi üçün vacibdir. Klaar Azərbaycan və Ermənistanın mövqelərini indiki şəraitdə öyrənmək baxımından bu səfəri gerçəkləşdirdi, indi o, portfelindəki mövqeləri Brüsselə təqdim edəcək.
Oxşar Xəbərlər
Avropa İttifaqının komissarı Samir Nuriyev və Hikmət Hacıyevlə görüşdü .
Avropa İttifaqının xüsusi elçisi İlham Əliyevlə danışıqlarda
İlham Əliyev Avropa İttifaqının nümayəndə heyətini qəbul edib
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəld
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…