Göyçay Xəstəxanasında "KT" aparatı 500 manata görə işləmir! - FOTO


Göyçay sakini, ictimai fəal Məhəmmədəli Səmədov tərəfindən "Hürriyyət"in redaksiyasına məktub daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Göyçay Rayon Mərkəzi Xəstəxanasında kompüter tomoqrafiyası ("KT") aparatı bir müddətdir sıradan çıxıb. Məlumata görə, aparatın təmiri üçün cəmi 500 manat lazımdır. Bu səbəbdən, xəstələr müayinə üçün digər klinikalara yönləndirilir, vaxt və enerji itirirlər.

KT-ni işlədən yeganə həkim Cavad Cavadov həm Skopia, həm də "KT" müayinələrini aparır – nəticədə növbələr uzanır, xəstələr əziyyət çəkir.

Əvvəllər bu sahədə ayrıca mütəxəssis olsa da, sabiq direktor onu əsassız olaraq işdən uzaqlaşdırıb.

TƏBİB və aidiyyəti qurumlardan xahiş olunur ki, "KT" aparatı təmir edilib istifadəyə verilsin və bu sahəyə ixtisaslı həkim təyin olunsun!"

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti