8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İsrailli bir qaynaq anonimlik şərti ilə bildirib ki, İDF (İsrail ordusu – tərc.) general Xəlifə Həftarın nəfinə Liviyadakı İŞİD mövqelərini bombalayıb.
İDF-in hərbi senzoru bu məlumatın İsraildə nəşr olunmayacağına qərar verib. Bu həftəyə qədər senzura İsrail jurnalistlərinə hətta xarici mətbuata istinad etməyə belə icazə verməyib. Son günlərdə "Yediot Aharonot” Həftar barədə yazı dərc edib, o da Küveytin "Əl-Cəridə” nəşrinə istinad edərək.
İsrailin senzura qaydalarına əsasən, müəyyən hadisələr barədə birbaşa məlumat vermək qadağandır. Buna görə də jurnalistlər tez-tez xarici nəşrlərə müraciət edirlər.
Məlumatlarda Həftarın xahişi ilə islamçı milislər və İŞİD-ə qarşı İsrail müdaxiləsinə dair çoxsaylı dəlillər təqdim edilir. İDF sözçüsü leytenant Peter Lerner sorğuları cavabsız qoyub.
"Dostumuzun dostu"
Həftar, Misir və Birləşmiş Ərəb Əmirlikləri kimi sünni dövlətlərinə bərabər tutulur və Həftara düşmən liviyalı qüvvələri bu dövlətlər də bombalayıb.
Onu bəzən "Liviyanın Sisi" də adlandırırlar.
İsrailli mənbə Küveyt nərində iddia olunanların (İsrailin Həftara birbaşa hərbi yardım təklif etməsi, Sirt və digər yerlərdəki İŞİD mövqelərinə hava hücumları həyata keçirməsini) təsdiqləyib.
İDF mənbəyi deyib: "Dostumuzun dostu və düşmənimizin düşməni dostumuzdur. Həftar Misir, İordaniya və BƏƏ-nin dostudur və İŞİD-lə mübarizə aparır".
İsrail senzurası "Əl-Cəridə”dəki məlumatın (İsrailin 25 Avqust 2015-ci il tarixdə Sirti bombalaması) xəbərinin dərcini yasaqlayıb. Amma məlumatlı qaynaqlar iki gün əvvəl də İsrail döyüş təyyarələrinin Sirtdəki İŞİD hədəflərini bombaladığını söyləyir. Onlar əlavə edib ki, həmlə Liviya Milli Ordusunun komandanı, general Xəlifə Həftarın Əmmana səfər zamanı (burada o, İsrailli təhlükəsizlik rəsmiləri ilə gizli şəkildə görüşüb) həyata keçirilib.
Mənbələr bildiriblər ki, Həftar bunun əvəzində İsraillə neft və silah müqavilələri imzalamağa söz verib.
2015-ci ildə baş verən hadisələrin təkrarlandığını düşünən "New Arab” nəşri Həftarın Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə də "Mossad” rəsmiləri ilə bir araya gəldiyini qeyd edib: "2015 və 2016-cı illərdə İordaniyada olduğu kimi, general "Mossad” casusları ilə danışıqlar aparıb”.
"New Arab” iddia edir ki, Liviya Milli Ordusu İsraildən snayper tüfəngləri və gecəgörmə avadanlıqlarını alıb. Bundan əlavə, 2014-cü ilin ortalarında Benqazidə "cihadçı” qruplara qarşı hücum zamanı Həftar və İsrail hərbçiləri arasında əlaqələndirmə olub.
Döyüş əsnasında Həftar qüvvələrinə məxsus bir "MiG” təyyarəsi vurulub və taktiki məğlubiyyəti aradan qaldırmaq üçün İsrail hərbçiləri köməyə çağırılıb.
İsrail-sünni dövlətlər ittifaqı
Yaxın Şərq analitikləri və jurnalistlər İsraillə sünni güclər (Səudiyyə Ərəbistanı, Körfəz ölkələri, Misir və s.) arasında ittifaqın intensivləşməsi barədə müntəzəm olaraq məlumat verirlər. Bura Səudiyyə Ərəbistanının İsrailin "Stuxnet” sığorta şirkətini 1 milyard dollar məbləğində maliyyələşdirməsi, İranın nüvə alimlərinin öldürülməsi, İsrailin Körfəz ölkələrində gizli hərbi əlaqə büroları açması, İsrail və Səudiyyə Ərəbistanı kəşfiyyat şefləri arasında gizli görüşlər və Suriyadakı "əl-Nusra” qüvvələrinə İsrail dəstəyi də daxildir.
İndi İsrailin liviyalı generala kömək etməsi üçün çoxsaylı səbəbləri var.
Birincisi, Liviyanın neft ehtiyatları, resurs sarıdan yoxsul İsrailə xeyir gətirə, enerji mənbələrinə çıxışı şaxələndirmə imkanı yarada bilər.
İkincisi, israillilər Yaxın Şərqdəki güclü dini və ya ideoloji öhdəlikləri olmayan (İordaniyadakı Abdullah, Misirdə Mübarək və əl-Sisi) liderlərlə təbii yaxınlığa malikdir. İsrail qonşuları istədiyi kimi satın ala və ya qarşılıqlı faydalar əldə edə bilər.
Üçüncüsü, yeni müttəfiq qazanmaqla İsrail regiondakı sünni güclərlə əməkdaşlığı gücləndirir.
Riçard Silverstayn
"Middle East Eye"