Siyasi sabitlik amili

Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi, dünya birliyində öz layiqli yerini tutması, dövlətin xalqa xidmət missiyasını həyata keçirməsi Heydər Əliyevin tarixi xidmətləridir.

Ulu öndər Heydər Əliyevin irəli sürdüyü strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədlərin böyük əksəriyyətini əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirmiş, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaratmışdır. Son illərdə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Yüksək siyasi iradəsi, qətiyyəti, məqsədə doğru inamla irəliləməsi, praqmatizmi, təvazökarlığı və sadəliyi, ən əsası Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olması möhtərəm Prezidentimizə xalqın böyük rəğbətini qazandırmışdır. Müstəqil Azərbaycanın ötən illərdə siyasi, sosial-iqtisadi, mədəni- humanitar sahələrdə əldə etdiyi yüksək nəticələrin möhkəm təməl üzərində formalaşmış ictimai - siyasi sabitlik amili ilə şərtləndiyini, həmrəyliyə və vətəndaş sülhünə əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Bu gün respublikada mövcud olan daxili sabitlik, əmin- amanlıq, milli barışıq mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, habelə sürətli iqtisadi tərəqqinin başlıca təminatlarından biridir. Dayanıqlı inkişafın və ictimai-siyasi sabitliyin təmin olunduğu müasir, müstəqil Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm strateji amillərdən biri bütün sahələrdə kompleks xarakterli, sistemli və məqsədyönlü islahatlatın həyata keçirilməsidir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında icra strukturlarında aparılan ardıcıl reformalar, eləcə də məhkəmə-hüquq islahatları idarəetmənin təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun artmasına xidmət edir, daha qüdrətli Azərbaycan naminə qarşıya qoyulan strateji əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan verir. Təbii ki, bu islahatlar davamlı, hərtərəfli xarakter daşıyır.

Azərbaycan Cənub Qafqaz dövlətlərindən biri olmaqla yanaşı, həm də Yaxın və Orta Şəqrin, türk və İslam dünyasının bir hissəsidir. Odur ki, həmin bölgələrdə baş verən hadisələrə də laqeyd qalmır. Azərbaycan terrordan əziyyət çəkdiyindən, qaçqın və məcburi köçkün problemi yaşadığından Suriya, İraq, Yəmən və Afrikanın şimalında yaşanan bu kimi hallara münasibət bildirir, bu vəziyyəti yaradan halları pisləyir.Yaxın və Orta Şərqdəki qarışıqlıq, oradakı terror fəaliyyətləri istənilən dövlətə sirayət edə bilər. Dünyanın belə bir qarışıq vəziyyətində ölkədə sabitliyi təmin etmək vacib məsələlərdəndir. İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət strategiyası isə milli təhlükəsizliyin fundamenti - möhkəm sütunlarından biridir. Başqa sözlə, Azərbaycan Liderinin uğurlu xarici siyasəti və ya dərin strateji diplomatiya siyasəti Azərbaycanın gücünü artırır, nüfuzunu yüksəldir, təhlükəsizlik mühitini gücləndirir.Bu gün müstəqil, qalib, nüfuzlu, qüdrətli, güclü Azərbaycana qarşı informasiya təxribatları, qara piar kampaniyası aparılsa da, ölkəni xaos meydanına çevirmək mümkün deyil. Azərbaycan 4 sütun üzərində öz sarsılmazlığını təmin edib: İlham Əliyevin siyasəti; xalqın iradəsi; xalq-Lider birliyi və ya milli həmrəylik; tarixi Qələbə - möhtəşəm Zəfər! 

Şahin Seyidov

Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti