8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hərb tariximizin şərəfli səhifəsi olan 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım oldu.Lakin 1920-ci il 28 aprelində Sovet imperiyasının təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süqut etdi. Bundan sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Milli Ordu quruculuğunda əsaslı dönüş Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə hərbi kadrların hazırlanması və ordu quruculuğu sahəsində mühüm işlər başlandı. 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması bu sahədə böyük nailiyyət oldu. Bu lisey hərb sənətinə marağı artırdı və azərbaycanlı zabit kadrların hazırlanmasında mühüm rol oynadı. Müstəqillikdən sonra bu məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.Azərbaycan müstəqilliyin ilk illərində Ermənistanın torpaqlarımızı işğal etdiyi bir dövrdə nizami ordunun formalaşdırılması sahəsində çətinliklərlə üzləşdi. Lakin Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu vəziyyət dəyişdi. O, başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğuna başladı. 1994-cü ildə atəşkəs müqaviləsinin imzalanması ilə Azərbaycan Silahlı Qüvvələrinin formalaşması sürətləndi. Uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı və döyüş ruhu artırıldı.1998-ci ildə Heydər Əliyevin fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. 1999-cu ildə isə Hərbi Akademiyanın yaradılması hərbi təhsil sisteminin inkişafına səbəb oldu. Azərbaycanın NATO ilə sıx əməkdaşlığı ordu quruculuğunun beynəlxalq standartlara uyğunlaşmasına və modernləşdirilməsinə təkan verdi.Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri daim diqqət mərkəzində olub. Onun diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığı və döyüş ruhu artırıldı, Silahlı Qüvvələr müasir silah və texnika ilə təchiz olundu. Bu uğurlu siyasət nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrildi. 2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri ordumuzun gücünü nümayiş etdirdi.2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu tarixi nailiyyətə imza atdı. Bu müharibə nəticəsində 5 şəhər, 4 qəsəbə və 300-dək kənd işğaldan azad olundu. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Azərbaycan Ordusunun gücü bir daha sübut olundu. Bu nailiyyətlər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunda həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb və mindən çox hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnika, zirehli maşınlar və pilotsuz uçuş aparatları kimi məhsullar Azərbaycanın hərbi gücünü artırır. Azərbaycanın müdafiə qüdrəti və döyüş qabiliyyəti daima artırılır. Təlimlər və irimiqyaslı manevrlər ordumuzun gücünü təsdiqləyir.Qələbəni rəsmiləşdirən bəyanatın imzalanması ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 44 günlük müharibədə göstərilən qəhrəmanlıq və şücaət nəticəsində Azərbaycan xalqı böyük bir zəfər qazandı. İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz hər zaman Vətəni qorumağa hazırdır və ölkəmizin ərazi bütövlüyünü təmin etməkdədir. Ordumuzun qarşısında duran yeni vəzifələr uğurla yerinə yetirilir və Azərbaycan Silahlı Qüvvələri regionda ən güclü ordu olaraq qalır.
Bəhruz Mehdiyev
Suraxanı rayonu, 280 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini
Sozcu.info