Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin və bərabərliyin simvoludur

Sovet imperiyasının süqutu iki imperiya arasında bölünmüş Azərbaycan xalqının birləşmək arzusunu alovlandırdı. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında birləşmək şüarı aksiya keçirməsi də bunun nəticəsi idi. Bu böyük hadisənin tarixi günə çevrilməsi isə Ümummili lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Naxçıvan Ali Məclisin müraciəti əsasında dekabrın 25-də Azərbaycan Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-ni Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunmasını təmin etdi. Həmin tarixdən başlayaraq 31 dekabr Azərbaycanda dövlət səviyyəsində və bütün dünyada azərbaycanlılar tərəfindən milli birlik və bərabərliyin simvolu olaraq qeyd edilir. Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə hansı ölkədə yaşamasından asılı olmayaarq azərbaycan xalqın birləşməsinin və həmrəyliyinin təmin edilməsində müstəsna rol oynamışdır. 
Ümummilli Lider Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsinin əhəmiyyətini belə dəyərləndirmişdir: “Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
Ulu Öndərin siyasətini bütün sahələrdə davam etdirən Prezident İlham Əliyev dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayır. Qeyd etmək lazımdır ki, 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi qələbə azərbaycanlılarının həmrəyliyinə və təşkilatlanmasına ciddi təkan verərək bu prosesi yeni mərhələyə keçirmişdir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi Azərbaycan dünya azərbaycanlılarını birləşdirən qalib dövlətdir.  
Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr verdikləri kimi, xarici ölkələrdə yaşayan azərbaycanlılar yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatına önəmli töhfələr vermişlər. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. 
Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.
Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı, 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu yalnız azərbaycanlıların deyil, bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmişdir. 
Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etməkdə mühüm rol oynayır. 
Təməli 1991-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dünya azərbaycanlıların həmrəyliyi öz nəticəsini Vətən müharibəsi zamanı çox parlaq göstərdi. 
Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanlılar tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.
Dünya Azərbaycanlılarının azad Qarabağda, azad Şuşada keçirilən sayca beşinci, tarixi Zəfər qurultayı kimi düşən tədbiri Ümummili lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən siyasət nəticəsində olmuşdur.
İxdiyar Nəcəfov
Qaraçuxur bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti