28-04-2025, 21:13
27-04-2025, 16:04
25-04-2025, 15:54
25-04-2025, 15:51
25-04-2025, 15:48
Hazırda dünyamız düşünürəm ki, dərin böhran keçirməkdədir. Bunu bütün sahələrdə müşahidə etmək olar. Dünya düzəni özünün əvvəlki əhəmiyyətini itirir, yeni münasibətlər formalaşır. İmperialist siyasətindən əl çəkmək istəməyən dövlətlər liderliyi əldən verməmək üçün daha aqressiv siyasət yeritmək yolunu tutur, müstəmləkə kimi gördükləri dövlətləri itirmək istəmirlər. Heç kim açıq şəkildə onlara etirazlarını bildirə bilmir, özlərinə etibarlı tərəfdaş axtarışına başlayıblar.
Cənubi Qafqaz regionunda aparıcı dövlət olan Azərbaycan tarixən bu problemlərdən əziyyət çəkmiş, asılı dövlətlərin üzləşdiyi məsələləri daha düzgün analiz etmə potensialına malikdir. Uzun illər ərazi bütövlüyünü bərpa etmək istəyən ölkəmiz ikili standartlarla üzləşmiş 30 ilə yaxın səbr edərək, işğalda olan torpaqlarını qaytarmaq üçün beynəlxalq hüquq normaları çərçivəsində sülhə nail olmağa çalışmışdır. Lakin Ermənistan və onun havadarlarının boş xəyalları bu prosesin reallaşmasına mane idi. Vəziyyəti düzgün qiymətləndirə bilməyən düşmən tərəf Azərbaycan dövlətini mövcud vəziyyətlə barışmağa vadar etmək istəyirdi. Biz, BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Cənab prezident İlham Əliyevi hər çıxışında vurğuladığı kimi sülh yolu ilə qayıtmayan torpaqlarımızı döyüş meydanında qəhrəmanlıq salnaməsi yazaraq qaytardıq. Bəli biz mövcud prototipləri qırdıq. Azərbaycan öz sözünü deyən müstəqil ölkə olaraq ən təbii haqqı olan tarixi ərazi bütövlüyünü bərpa etdi. Bütün dünyada böyük əks-sədaya səbəb olan bu hadisə Fransa kimi imperialist dövlətin müstəmləkəçilik siyasətinə zidd idi. Bununla Fransa hələ də “bəli boss” deyən olkələri itirməkdən qorxur, hər fürsətdə Azərbaycanın tarixi qələbəsini ləkələməyə çalışır. Çox təəssüf ki, reallıqdan uzaqlaşmış Fransa bu qaralama kompaniyası ilə Bakıda təşkil olunmuş COP-29 tədbirini də boykot etməklə davam etdi. Təbii ki, istəyinə nail ola bilmədi. Bu, elə bir siyasətdir ki, heç bir kəsə başucalığı gətirmir. Buna baxmayaraq, böyük tərkibdə iştirak oldu. Qeydiyyata alınmış 77 min iştirakçı oldu. Onların sırasında 197 ölkədən təmsilçilər, 70 dövlət və hökumət başçısı var idi. COP29-u boykot edən yeganə ölkə Ermənistan idi. Bakı tədbiri COP-un tarixində bir sıçrayış idi. Böyük təzyiqlərə baxmayaraq, yüksək səviyyədə təşkil olunmuş tədbirdə mühüm qərarlar qəbu olunmuş, ayrılan maliyyə vəsaiti 3 dəfə artırılmışdı.Azərbaycan neft və qaz ixrac edən olkələr bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Təbii ki, buna səbəb bizim etibarlı tərəfdaş olmağımızdan irəli gəlir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Əsas məsələrdən biri və düşünürəm ki, ən vacibi Cənubi Qafqazda qalıcı sülhün təmin olunmasıdır. Bunun üçün Ermənistan tərəfi sülh prosesində öhdəsinə düşən məsələləri qəbul etməlidir. Ona “dəstək” verən ölkələrin aqressiv siyasətindən uzaqlaşmalı, əl çəkməlidir. Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarabalığa çevrilib. İndi isə onları yenidən tikilir. Hər bir şey yerlə-yeksan olunubdur və bu, kəndlərimizə, şəhərlərimizə qarşı bilərəkdən urbisid idi, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən zərbə idi. 65 məscid dağıdılıb və nəinki azərbaycanlıların, o cümlədən bütün dünya müsəlmanlarının hisslərini təhqir etmək üçün orada donuz və mal saxlayıblar. Bunu yaddan çıxarmayacağıq. 613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq. Lakin, eyni zamanda, gələcəyə nəzər salmalıyıq. Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bəndlərin əksər hissəsi razılaşdırılıbdır. Ermənistan bununla razılaşmalı mövcud reallığı qəbul etməli boş avantüralara getməməlidir. Fransanın timsalında bir çox olkələr Ermənistani silahlandırmağa çalışır, bununla bizə təsir göstərməyə çalışırlar. Ancaq heç kim unutmasın ki, “Dəmir Yumruq” yerindədir! Lazımlı məqamda biz yenidən düşmənin başını əzərik.
Məcid RəsulovSuraxanı rayonu, 140 saylı tam orta məktəbin direktorSozcu.info