Putin Ukraynanın işğal olunmuş şəhərinə getdi-Video

Rusiya Prezidenti Vladimir Putin "Dnepr" qoşun qrupunun Ukraynanın Xerson şəhəri istiqamətində yerləşən qərargahına gedib.
Sozcu.info TASS-a istinadən xəbər verir ki, dövlət başçısı vertolyotla Xerson vilayətinə gəlib, daha sonra yolsuzluq avtomobilində qərargaha gedib.
"Dnepr" qərargahında o, komandirlərin məruzələrini dinlədikdən sonra Xerson və Zaporojye istiqamətlərində vəziyyətlə bağlı müşavirə keçirib. Daha sonra o qondarma "LPR"-də "Vostok" milli qvardiyasının qərargahında general-polkovnik Aleksandr Lapinin hesabatlarını dinləyib.
Qeyd edək ki, 2022-ci il martın 3-də Rusiya ordusu Ukraynanın Xerson şəhərini işğal edib. Aprelin 26-da Xerson vilayətinin işğal olunmuş ərazilərində hərbi-mülki administrasiya (HMA) yaradılıb. 30 sentyabr 2022-ci ildə isə uydurma referendumdan sonra HMA rəhbəri “Rusiyaya qoşulmaq” haqqında saziş imzalayıb və Rusiya Xerson vilayətini rəsmən ilhaq edib.



Oxşar Xəbərlər

Xəbər lenti