Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar -
SİYAHI
Prezidentdən məktəbəqədər təhsillə bağlı
FƏRMAN
Lissabonda səfirliyimiz təsis ediləcək -
SƏRƏNCAM
Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi -
FOTOLAR
Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Əvvəlki
Sonrakı
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
94 yaşlı yazıçı Vidadi Babalı: “Bu gün “Xalq yazıçısı” adını daşıyanların əksəriyyətini xalq tanımır” - FOTO
Azərbaycanın əməkdar incəsənət xadimi, yazıçı Vidadi Babanlının müsahibəsini təqdim edirik:
- Artıq 94 yaşı haqlamısınız. Bu gün həyatla necə yola gedirsiniz? Necəsiniz?
- Qocalıqdır da. Qulağım ağır eşidir, gözüm zəif görür, ayaqlarım sözümə baxmır. Ancaq belə ağrıyan yerim yoxdur. Yaxşıyam.
- Nəsə yazırsınızmı?
- Bu yaxınlarda “Sabaha ismarıc” adlı bir əsər yazmışam. Onu da diktə ilə yazdırmışam. Gözüm görmür hərfləri. Diktə ilə yazdırmaq da çox çətindir.
- Laqeydlik sizi incitmir?
- Əlbəttə, incidir. Mənim bu qədər xidmətlərim var, axı. Altı romanım, şeirlərim, dörd povestim, neçə tərcüməm var.
- Tərcümələrinizdən biri də Rasputinin “Mariyaya pul lazımdır” əsəridir. Bu gün Vidadi Babanlıya pul lazımdırmı?
- Şükür, pis dolanmıram. Prezident təqaüdü alıram. O təqaüd məni dolandırır. Amma mənim elə günlərim olub ki, çörək almağa belə pul tapmamışam. O vaxt “Vicdan susanda” əsərinə görə məni partiyadan çıxarırdılar. Dörd il məni işsiz qoydular. Əsər Moskvada çap olunandan sonra məndən əl çəkdilər. Roman 1979-1980 il iki dəfə ard-arda 100 min tirajla çap olunub. Azərbaycan dilində də dəfələrlə nəşr edilib. Bu, hər yazıçıya qismət olan xoşbəxtlik deyil. Amma o roman şöhrətlə bərabər xeyli çətinliklər də gətirdi. O əsər üstündə məni tuturdular. Romanı Sovet hökuməti əleyhinə yazılan əsər kimi qiymətləndirirdilər. O vaxt Yazıçılar Birliyinin sədri Mirzə İbrahimov məsələmi partiya iclasına qoyub israr edirdi ki, məni partiyadan çıxarsınlar.
- Mirzə İbrahimovun sizə qarşı nəsə qərəzi vardı?
- Vardı. Bu məsələyə qədər Mirzə ilə bizim aramızı vurmuşdular. Cəlal Məmmədov adında bir adam vardı, Azərbaycan jurnalının baş redaktoru idi. O bizim aramızı vurmuşdu. Deməli, o vaxt biz jurnalda çap olunacaq əsərlərin siyahısını iki ay əvvəldən tuturduq. Bir dəfə bu planlamanı edəndə Cəlal Məmmədov dedi ki, Mirzə İbrahimov Krımdadır. Oradan məktub yazıb ki, bir povest var qurtarmaq üzrədir, əsəri onuncu nömrəyə nəzərdə tutun. Mən də dedim ki, bəlkə çapa qədər Mirzə əsəri bitirə bilmədi. Əkrəm Əylislinin bir povesti var, gəlin, onu çap edək. Əkrəm, indi tələbədir, qonorara ehtiyacı var. Bu sözümü ona necə çatdırmışdılarsa, qayıdandan sonra Mirzə məni çağırıb dedi ki, sən mənə yazmaq öyrədəcəksən?
- Bilirik ki, Əkrəmlə İsa Muğannanın yaxşı münasibəti olmayıb. İsa da sizin dayınız oğludur. Muğanna Əkrəmlə olan münasibətinizə heç nə demirdi ki?
- Birincisi, İsa çox obyektiv adam idi, heç vaxt mənə Əkrəmlə əlaqəni kəs deməzdi. İkincisi də, onda hələ onların arasında heç nə yox idi. Sonradan başladı davaları.
- Muğanna ün eşitdiyini deyirdi. Onun bu fikirlərinə münasibətiniz necə idi?
- Mən ona inanırdım. O heç nəyi elə-belə demirdi.
- Bəlkə “Vicdan susanda”dakı Vüqarla İsmət elə İsa ilə Vidadidir. İki qohum, Bakıda kirayə qalan tələbə kimi, sizin kimi.
- Vüqar demək olar ki, 60 faiz mənəm, bunda haqlısan. Ancaq İsa İsmət deyil. “Həyat bizi sınayır”dakı Həsrətin taleyində uşaqlığımı, yetimliyimi vermişəm. Ancaq Vüqardakı kimi çox yox.
- Dediniz ki, “Vicdan susanda” romanına görə çox bəlalar çəkmisiniz. İşsiz qaldığınız o dörd ildə “kaş bu əsəri yazmazdım” dediyiniz oldumu?
- Yox, deməmişəm. Bircə dəfə ağlımdan belə keçməyib. Mən indi oxuya bilmirəm. Bu yaxınlarda internetdə romanın səsli variantına qulaq asdım. İllər sonra əsərini yenidən oxuyan yazıçılar bəzən deyir ki, kaş bu məsələni elə yox, belə yazardım. Ancaq mən o əsəri bu gün də eşidəndə düşündüm ki, eyni şeyi yazardım, heç nəyi dəyişdirmədən. Bu əsər mənim ürəyimə o qədər yatır ki... Hər şey yerli yerindədir: epizodlar, obrazlar, hadisələr. Əlli ildən sonra da öz yazdığım öz xoşuma gəlir. Mən “Vicdan susanda”nı yazanda şəhərlərin havasının qorunması məsələsi bugünkü kimi aktual deyildi. Siz təsəvvür edin ki, mən bu məsələni altmış il əvvəl yazmışam. Bu gün də roman aktuallığını itirməyib, oxunur. Hələ də kitab mağazasında bu əsəri tapmayıb mənə zəng edənlər var.
- Əsəri yazanda bu uğuru gözləyirdiniz?
- Yox, gözləmirdim. Düşünürdüm ki, o biri əsərlərim kimi seviləcək, ancaq belə bir uğur gözləmirdim.
- Sevmisiniz?
- Bir dəfə sevmişəm. O da alınmayıb. O vaxt mən kasıb, yetim bir oğlan idim. Layiq bilib o qızı mənə vermədilər. Mənim onu xoşbəxt edə biləcəyimə inanmadılar.
- Qız da inanmadı?
- Qız inandı. Ancaq ailəsi verməyəndən sonra nə etməli?
- Bir yerdə qaçmalı.
- Qismət deyilmiş. Sonra o qızı başqasına verdilər. Qız da xoşbəxt ola bilmədi.
- Siz necə, xoşbəxt ola bildinizmi?
- Həqiqi məhəbbət bir dəfə olur. O da o qız idi. Həyat yoldaşımla isə bir-birimizi bəyənib evlənmişik. Eşq başqadır, bəyənmək başqa. Ancaq orasını da deyim ki, mənim həyat yoldaşı sarıdan bəxtim gətirib. O məni həmişə başa düşüb, dəstək olub. Mən əsəri yazandan sonra makinada oturub üzünü köçürürdü. Mənim pulum haradaydı, onu kiməsə yazdırım.
- Lap Dostoyevskinin arvadı kimi...
- Məhz onun kimi. Pulsuz olduğum vaxtlarda da məni başa düşürdü, çətinliklərə dözürdü. Allah ona rəhmət eləsin. “Vicdan susanda” Moskvada çap olunmasaydı, mən borcdan çıxa bilməzdim. Mən çox çətin həyat keçirmişəm. Çox çətin. Qürurlu olmağım da bir tərəfdən. Yaltaq olmamışam, heç kimə əyilməmişəm.
- Dəydi?
- Əlbəttə, dəydi. Xalqın gözü tərəzidir. Xalq məni əyilməz, düz adam kimi tanıyır.
- Xalqın sevimli yazıçısını hələ xalq yazıçısı olmamağı incitmir bəs?
- Mən qürurlu adam olmuşam. Heç vaxt heç kimdən heç nə tələb etməmişəm. Bunu özümə sığışdırmamışam. Xalq bilir kim kimdir. Bu gün “Xalq yazıçısı” adını daşıyanların əksəriyyətini xalq tanımır. Mən əsərlərimi necə yazmışam bəllidir. Təsəvvür edin ki, “Vicdan susanda”nı yazmaq üçün bir il kimyaçıların yanında işləmişəm. O vaxt Milli Elmlər Akademiyasında vitse-prezident Məmməd Arif Dadaşzadənin yanına gedib dedim ki, kimyaçıların həyatından əsər yazmaq istəyirəm, ancaq onların həyatını bilmirəm. Məni onların yanında bir işə düzəldin. O da dedi ki, sən filoloqsan, mən səni ora yalnız kitabxanaçı kimi götürə bilərəm. Mən də razılaşdım ki, əsas odur onların arasında ola bilim. Beləcə, mən orada kitabxana müdiri kimi işləməyə başladım. Ancaq işə girməmişdən öncə Məmməd Arif müəllimdən xahiş etdim ki, mənim yazıçı olduğumu kollektivə deməsin. Çünki onlar mənim yazıçı olduğumu bilsə, məndən çox şeyi gizlədə bilərdilər. Xahişimi yerə salmadı.
- Bəs, kimyaçılar özləri də bunu hiss etmədi?
- Təxminən bir il sonra direktor məni çağırıb dedi ki, səndən Mərkəzi Komitəyə ərizə yazıblar. Ərizədə qeyd olunub ki, “Vidadi kitabxanada az-az görünür. Yəqin bu direktorun adamıdır. Müftə maaş alır”. Biz indi nə edək? Mən də dedim ki, indiyə qədər öyrəndiklərim mənə bəs edər. İndi adamları çağırıb mənim yazıçı olduğumu deyə bilərsiniz. Bunu deyəndən sonra o katibəsinə zəng edib işçiləri yanına çağırmasını tapşırdı. İclasda məsələni açıb danışanda iki nəfər qıpqırmızı qızardı. Mən onda bildim ki, ərizə bunların işidir.
- Ədəbiyyata nəsrlə gəlmisiniz?
- Əslində, mən ədəbiyyata şeirlə gəlmişəm. Şeirlərim də yaxşı qarşılanıb. İlk şeirlərimi Səməd Vurğun oxuyub, bəyənmişdi. Hətta sonra çap da elətdirdi.
- Bəlkə bu dəstəyə görə “Gizlinlər” kitabınızda Vurğun haqqında xoş sözlər yazmısınız. Bəlkə bu cümlələri vəfa borcu yazdırıb sizə.
- Əsla. Onun şairliyi kimi də böyük insanlığı var idi. “Gizlinlər”də yazdıqlarım şəxsən onun öz dilindən eşitdiklərim idi. Onun çox böyük ürəyi vardı. Onun ilk məhəbbəti olan qadın var ha, 1943-cü ildə müharibənin ən qızğın vaxtında Səməd Vurğundan zəng edib xahiş edir ki, “Uşaqlarım xəstədir, ailəm çox pis vəziyyətdədir. Bir tərəfdən də ərimi müharibəyə aparırlar. Səni tanıyırlar, sənin sözünü yerə salmazlar. Ərimi müharibədən saxlatmağa mənə kömək elə”. Səməd Vurğun danışırdı ki, o məndən zəng edib bunu istəyəndə bilməyib nə etsin. Qardaşı Mehdixana zəng edib məsələni danışıb. Mehdixan da deyib ki, “sən bu xahişi mütləq yerinə yetirməlisən. Yoxsa elə biləcəklər ki, köhnə intiqamını alırsan”.
Bundan sonra Vurğun Mircəfər Bağırovun qəbuluna gedir. Mircəfərə deyir ki, yəqin, siz mənim ilk məhəbbətim haqqında eşitmisiniz. Bağırov da gülümsünüb deyir ki, onu kim bilmir ki? Vurğun məsələni ona danışandan sonra Bağırov deyir ki, sənin xətrini oğlum qədər çox istəyirəm, narahat olma. Bağırov Vurğunun xahişi ilə həmin adamı bir il cəbhədən saxlatdırır. Vurğun belə adam idi.
- Ancaq şairin ikinci xahişini Bağırov yerə salır.
- İkinci xahişi Müşfiqlə bağlı olur. Vurğunla Bağırov bir dəfə Moskvadan bir vaqonda qayıdır. Yolda Vurğun Müşfiqdən söz salıb, onun taleyindən nigaran olduğunu deyir. Bağırov da Bakıya gələndən sonra bu məsələni partiya iclasında danışır və deyir ki, “bu da bizim gözümüz üstündə saxladığımız Səməd Vurğun. Görün, məndən kimi soruşur. Müşfiqi...”
- Vidadi müəllim, əsərdə yazırsınız ki, Bağırov Vurğuna “Qospadın” deyə müraciət edir. Düzü, bu məqam mənim ağlımı qarışdırır. Niyə yoldaş yox, cənab yazırsınız? Belə bir detal sizin gözünüzdən qaça bilməzdi, axı.
- Bağırov ona sataşmaq üçün cənab deyir. Yəni onu yoldaş sözünə layiq bilmir.
- Vidadi Babanlı deyəndə bir də ağıla “Həyat bizi sınayır” gəlir. Özünüz razı qalmışdınızmı filmdən?
- Tam yox çünki, film çəkiləndə rejissorla mübahisələrimiz oldu. Rejissor bəzi lazımlı şeylərin üstündən keçdi, obrazı tam göstərə bilmədi, xırda məsələlərin üstünə çox getdi.
- Bəs, aktyorlar?
- Amaliya Pənahova pis oynamırdı. Amaliyanın oğlanla dialoqlarda bir az pafos var. Eldəniz Vəliyevin oyunundan isə heç xoşum gəlmədi.
- Bugünkü ədəbi proseslərdən xəbəriniz varmı? Sizi nə narahat edir?
- Kitabların yayım məsələsi bizim yaralı yerimizdir. Kitabı çap edib verirlər müəllifin qoltuğuna. Nəşriyyatlar da kitabın satışı məsələsində üzərinə məsuliyyət götürməlidir. Ədəbi prosesləri təəssüf ki, izləyə bilmirəm. Gözüm görmür deyə, təzə yazanlardan oxuya bilmirəm, ona görə heç kimdən xəbərim yoxdur.
- Telefonunuza zəng gəlsə, kimin səsini eşitmək istəyərdiniz?
- Eh... Mənim dostlarım indi həyatda yoxdur. Elə bir şansım olsa, çox istəyərdim ki, İsmayıl Şıxlının səsini eşidim. Nəbi Xəzrinin, Cabir Novruzun səsini eşidim.
- Az qala bir əsr yaşamısınız. Mənə bu illərdə öyrəndiyiniz ən önəmli şeyi deyin.
- Paxıllıqdan uzaq ol, heç kimə həsəd aparma. Ürəyini təmiz saxla. İnsan qəlbini çirkin hislərlə dolduranda ömrü də gödək olur. Məni bu qədər yaşadan ürəyimin təmizliyidir. Sənə yamanlıq edən adama yamanlıqla cavab verməyə çalışma. İnsan qocalanda yaxşılıqları ilə fərəhlənir. Əlbəttə, sənə pislik edənlər də olacaq, ayağının altını qazanlar da olacaq. Amma sən bunlara fikir vermə. Qoy, səni ürəyinin təmizliyi yaşatsın. Necə ki, məni 94 il yaşadıb...
Oxşar Xəbərlər
Vidadi Zeynalovun ittiham edildiyi maddələr açıqlandı
“Rəmişin mirası? Guya nəyi var idi ki...“ - Xanımı sirləri açdı
Vidadi Muradovun elmi işi saxtadır?
Koronavirusa yoluxan Çingiz Abdullayev xəstəxanaya yerləşdirilib
Xəbər lenti
Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...
Xameneinin vida mərasiminə o da QATILACAQ
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI: Xəbərdarlıq ATƏŞİ AÇILDI
Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar -
SİYAHI
Prezidentdən məktəbəqədər təhsillə bağlı
FƏRMAN
Lissabonda səfirliyimiz təsis ediləcək -
SƏRƏNCAM
Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar
Milli Məclis media sahəsində vahid qurumun yaradılmasını ilk oxunuşda qəbul etdi
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi -
FOTOLAR
Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
"Arvadım telefona gec cavab verdi deyə onu döydüm"
Bu ərazilərdə qaz olmayacaq
Kürdəmirdə qəza: xəsarət alanlar var
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Bu məhsullar vergidən azad olundu
G7 liderlərindən Ukraynaya böyük dəstək:
Rusiyaya qarşı sərt sanksiyalar gəlir
Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Bu sürücülər kəmər taxmaya bilər
Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-Fotolar
Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
Əli Əsədov bu qərarı TƏSDİQLƏDİ
Prezident Administrasiyasında Asim Mollazadə ilə görüş keçirildi
Sələmə pul verən qadını öldürən qazi imiş... -
Qumarda 50 min manat uduzub
Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşdü
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Moskva ətrafında təxminən 60 PUA zərərsizləşdirilib
Məhərrəm ayı başladı
İrandan sonra növbəti hədəfini açıqladı
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
AÇIQLAMA – Tarix də açıqlandı
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
Milli Qurtuluşdan tarixi zəfərə
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Pensiya artımı ilə bağlı gözləntilər: Payızda...
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
Bu ərazilərdə qaz olmayacaq
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”