“Samirgeyt”: Həqiqət yoxsa qarayaxma

 “Samirgeyt”: Həqiqət yoxsa qarayaxmaŞvetsin iddialarını kim təkzib etməlidir: rəsmi qurumlar,yoxsa mətbuat?

Sovet DTK-sının əməkdaşı, Andropov adına Xarici Kəşfiyyat İnstitutunda Rusiyanın hazırkı prezidenti Vladimir Putinin kurs yoldaşı olmuş Yuri Şvetsin Ukraynanın rusdilligordonua.com (http://gordonua.com/publications/sokursnik-putina-shvec-kompanii-zarabatyvayut-5055-mln-dengi-idut-v-karman-lavrova-123261.html) saytına müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifovun üçqat agent olmasını iddia etməsi Bakının siyasi gündəminə bomba kimi düşdü. 1980-ci illərdə soyuq müharibənin qızğın vaxtlarında Putin Almaniya Demokratik Respublikasında xəfiyyəlik edəndə, Yuri Şvets ABŞ–da kəşfiyyatçı olub. Sovet İttifaqının Teleqraf agentliyinin (TASS) müxbiri adı altında fəaliyyət göstərən Şvetsin vəzifəsi Amerikanın SSRİ–yə qəfildən mümkün nüvə zərbəsilə bağlı məlumatların toplanması və analizi imiş. Yəni, Şvets Putindən fərqli olaraq daha mühüm vəzifə üzərində çalışırmış və bu onun peşəkarlığının göstəricisi hesab oluna bilər. Digər tərəfdən bu məqam Şvetsin çox məlumatlı ola biləcəyini düşünməyə əsas verir. Beləliklə, təxminən 30 il əvvəl Sovet vətəndaşlarının həyatına yarana biləcək ən böyük təhlükə, ABŞ-ın mümkün qəfil nüvə zərbələri haqqında məlumat toplamaq və onları analiz etmək həvalə olunmuş Şvetsi sıradan bir xəfiyyəçi hesab etmək mümkün deyil. Ancaq bizim məqsədimiz Şvetsin peşəkarlığını sübut etmək də deyil. Bizi düşündürən Şvetsin açıqladığı məlumatdır.Bu məlumata görə isə, AzərbaycanınMaliyyə naziri Samir Şərifov üç ölkənin, Rusiyanın, Türkiyənin və ABŞ-ın xüsusi xidmət orqanlarına işləyir. İndi Bakının əsas məsələsi bu məlumata aydınlıq gətirmək olduğu halda, media vasitəsilə müzakirələr tamamilə başqa istiqamətə yönəldilir. Şvetsin söylədiklərinin doğru olub-olmadığını, ölkənin əsas nazirlərindən birinə qarşı irəli sürülən dəhşətli məlumatda həqiqət yükünün nə qədər olmasını araşdırmaq əvəzinə, bu məlumatın kimə lazım olması ilə bağlı ikinci dərəcəli suallar ortaya atılmaqla müzakirələr tamamilə başqa istiqamətə yönəldilir.Şvetsin açıqlamasının arxasında sabiq milli təhükəsizlik naziri EldarMahmudovun dayana biləcəyi haqqında fikirlər də səslənməyə başlayıb. Hətta Eldar Mahmudovun bu addımının yalnız Samir Şərifova deyil, dövlətə qarşı olduğu haqqında iddialı fikirlər səslənir. Şvetsin və ya onun bağlı olduğu dairələrin Eldar Mahmudova görə qisas alması təəssüratı yaradılmağa çalışılır və bu isə ilk növbədə diqqətləri əsas məsələdən yayındırır. Şvetsin səsləndirdiyi iddianın arxasında,hətta erməni kəşfiyyatı dayansa belə, rəsmi Bakı ölkənin ən önəmli nazirlərindən biri haqqında irəli sürülən iddiaları araşdırmağa borcludur. Əlbətdə, biz də Şvetsin söylədiklərini həqiqət kimi qəbul etmirik. Ancaq əgər onun söylədikləri həqiqətdirsə, bəs onda necə olsun?

Bu gün ölkənin ən istedadlı jurnalistlərindən biri olan Rauf Mirqədirov cəsusluqda ittiham olunaraq həbs olunub. Sıravi jurnalist olan Rauf Mirqədirov Ermənistan xüsusi xidmət orqanlarına ABŞ-ın İrana hücum edəcəyi halda "guya Azərbaycan hakimiyyətinin öz ərazisindən istifadə etməsinə icazə verməsi" haqda məlumatlar ötürməkdə ittiham olunur. Xarici ölkələrin xüsusi xidmət orqanlarına cəsusluq etmək çox ağır ittihamdır və əlbətdə, hökmən araşdırılmalıdır. Ancaq eyni həsas münasibətMaliyyə naziri Samir Şərifov və xarici işlər nazirinin müavini Xələf Xələfovla bağlı məsələdə də göstərilməsi lazımdır. Axı Rauf Mirqədirovdan fərqli olaraq həmMaliyyə naziri Samir Şərifov, həm dəXariciİşlər nazirinin müavini Xələf Xələfov təsəvvür edilməyəcək dərəcədə məlumalı şəxslərdir. Əgər onlarla bağlı irəli sürülən iddilalar azacıq da olsa həqiqəti əks etdirirsə, deməli dövlət sirlərimiz həqiqətən təhlükədədir. Bu məlumatların kimə lazım olması ilə bağlı məqamlar isə ikinci dərəcəli, dövlət əhəmiyyəti kəsb etməyən məsələlərdir. Hətta təsdiq olunsa ki, bu dəhşətli iddilaların yayılmasının arxasında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dayanır, bu da bir nazirimizin başqa dövlətlərin xüsusi xidmət orqanlarının xəfiyyəsi olmaqdan qorxulu ola bilməz.

Bakının siaysi gündəminə bomba kimi düşən üçqat agent iddiasının arxasında hansısa maraqların dayanması ilə bağlı narahatlıları biz də bölüşürük. Ancaq bu məlumatın məqsədi Azərbaycanda siyasi stabilliyi pozmaq olsaydı, bu nüfuzlu məmurla bağlı baş verməli idi.Əgər Şvetsin açıqlamalarının arxasında hansısa dövlətin xüsusi xidmət orqanı dayanırsa və məqsəd Azərbaycan hakimiyyətinin mövqeyini zəiflətməkdirsə, niyə hədəf heç bir siyasi gücü olmayan Samir Şərifov seçilir? Əgər məqsəd siyasi hakimiyyətin mövqeyini sarsıtmaq idisə, o zaman iqtidardakı güc sahiblərindən biri ilə bağlı məlumatlar gündəmə gəlməli idi. Samir Şərifovun "verbovka” olunmasına ilə bağlı hekayənin bənzərini istənilən məmurla bağlı yaratmaq olar. Xüsusilə də nəzərə alanda ki, məmurlarımız əsasən xarici ölkələrdə istirahət edir və müalicə olunurlar, bu zaman onların hansısa vasitələrlə "verbovka” olunması haqqında çox inandırıcı hekayələr uydurmaq mümkünüdür. Məsələn, belə bir hekayə uydurmaq olar ki, şərti adı X.U olan nazir Avropanın bahalı istirahət məkanlarından birində dincələrkən adı açıqlanmayan ölkənin xüsusi xidmət orqanı onu azyaşlı qadınla bir yerdə yaxalayıb və nazir həmin görüntülərin yayılmaması müqabiləndə əməkdaşlıq etməyə razılıq verib. Bu çox bəsit olsa da, kütlə üçün çox inandırıcı görünə bilər. Bu hekayə,hətta Samir Şərifovun guya silah satışı ilə bağlı olması haqqında eyhamlardan daha inandırıcı görünə bilər.Beləliklə də, sonda gəlinən qənəat bunadn ibarətdir ki, əgərMaliyyə naziri Samir Şərifov və xarici işlər naziri Xələf Xələfovla bağlı iddialara aydınlıq gətirilməsə, gələcəkdə başqa məmurlarla bağlı iddialar da gündəmə gələ bilər. Belə iddilara isə hansısa mətbuat orqanın vasitəsilə, jurnalistin yazısı ilə deyil, rəsmi məlumatla aydınlıq gətirmək lazımdır. Əks halda dövlət rəsmiləri ilə bağlı şübhələr hər zaman qalacaq. Bu şübhələr isə kütlənin mövqeyinə təsir etmək gücündədir.

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}