Samir Şərifov kimin hədəfindədir?

Məlum olduğu kimi, sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikada maliyyə analitiki olan Yuri Şvetsin  Ukraynanın "Qordon” agentliyinə müsahibəsində maliyyə naziri Samir Şərifovu ABŞ, Türkiyə və Rusiyanın agenti olması iddia edib.

Çox maraqlıdır ki, bu ağır ittiham və iddialara hələ də maliyyə naziri susur. Yalnız  Maliyyə Nazirliyinin mətbuat xidməti isə "üçqat agent” məsələsinə "Cəmi 3 ölkə? Bəs Mossad?”, -  deməklə bu ittihamları ciddiyə almadıqlarını göstərmək istəyib.

Lakin faktdır ki, bu ittihamlar Samir Şərifovu indiki həssas məqamda həddən artıq pis vəziyyətdə qoyub.

Bu və ya digər məsələlərlə bağlı Mia.az-ı məlumatlandıran mənbə deyir ki, Samir Şərifovun "üçqat agent” adlandırılmasını təkcə beynəlxalq güclərin savaş kimi qiymətləndirmək lazım deyil: "Ola bilər ki, bu məsələdə, ümumiyyətlə, kənar güc və təsirlərin rolu da yoxdur. Sadəcə, müsahibənin axarına uyğun olaraq, Yuri Şvets Samir Şərifovla bağlı belə danışıb. Yox, illahda burda kənar təsir axtarmaq lazım gələcəksə, düşünürəm ki, bu, Azərbaycanın daxilindəki durumla bağlı ola bilər”.

Məlumatlı şəxs deyir ki, 2006-cı ildə gözlənilmədən maliyyə naziri təyin edilən Samir Şərifoun adı illərdir baş nazir postuna hallanır: "Elə Azərbaycandakı bir sıra ekspertlər də buna işarə vuraraq, Yuri Şvetsin müsahibəsində iki yerdə bu məqamı xatırlanmasını əsas gətirərək, diqqəti bu istiqamətə yönəldirlər. Bəli, bu gün Azərbaycanda olan hakimiyyətiçi qrupların əksəriyyəti Samir Şərifovu baş nazirliyə daha şanslı namizəd bilirlər. Ən azı ona görə ki, bəzi qruplar hakimiyyətin ən yüksək pillələrində ona olan dəstəkdən xəbərdardırlar. Əgər bu dəstək olmasaydı, yəqin ki, "Beynəlxalq Bank işi”nə görə o da çoxdan cəzalandırlmalıydı. Ancaq bu, baş vermədi. Hansı ki,  Beynəlxalq Bankdan oğurlanan və ya qeyri-qanun açılan kredit tranşlarında həmin bankın 50 faizindən çox səhminə nəzarət edən, eyni zamanda, həmin bankın müşahidə şurasına rəhbərlik edən müavini Azər Bayramova görə Samir Şərifov qanunla məsuliyyətini daşımalıydı. Lakin qeyd etdiyimiz kimi, hansısa qüvvə onu xilas etdi. Bu isə onun baş nazir təyin ediləcəyinə inamı gücləndirib”.

Məlumatlı şəxs deyir ki, xarici mətbuatda "üçqat agent” xəbərinin yayılması və bunun ölkə mediasında geniş tirajlanması isə Samir Şərifovun baş nazir iddiasını önəmli ölçüdə zədələyib: "Hesab edirəm, bu agent iddiası Samir Şərifovun həyatına qara ləkə kimi öz damğasını vurdu. Eyni zamanda, onun gələcək yüksəlişinə böyük zərbə oldu. Yəni bundan sonra ciddi dairələrin ona sonsuz etimad göstərməsi ən azı müşkil olacaq. Məsəl var, deyərlər ki, adamın işinə şübhə qurdu düşməsin, düşdüsə, artıq ondan xilas olmaq çətindir. Bəli, bundan sonra Samir Şərifova da belə şübhə ilə yanaşacaqlar. Və zənnimcə, bu şübhə də onun iqtidarın ikinci adamı olmasına maneə yaradacaq. Bu isə o deməkdir ki, "üçqat agent” ittihamı maliyyə nazirinin rəqiblərinin işinə yarayacaq”. 



Oxşar Xəbərlər

Xəbər lenti