“BİZƏ GÜLLƏ ATIRLAR, BAŞIMIZA OYUN AÇIRLAR” -
“AZƏRŞİN” ASC RƏHBƏRLİYİNİN QANUNSUZLUĞUNDAN ŞİKAYƏT VAR
İlk dəfə: Prezidentin təyyarəsi Füzulidən birbaşa Berlinə uçdu
FOTO
Sabahın hava proqnozu açıqlandı
Vidadi İsayev rayonu zibillik yuvasına çevirib -
Videofakt
SON DƏQİQƏ!
Sahir Rüstəmov vəzifəsindən AZAD EDİLDİ
Türkiyə Ermənistanla sərhədin açılması üçün şərt qoydu
İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə etdi -
FOTOLAR
Ətin qiyməti 25 manat olacaq? -
AÇIQLAMA
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
Azərbaycanın ilk ombudsmanı vəfat etdi
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Müdafiə nazirinin keçmiş müavininin 1 milyard rubl rüşvət aldığı deyilir
Əvvəlki
Sonrakı
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında
18-04-2024, 19:45
Paşinyan istefa verir
1-04-2024, 15:01
Nardaran və Maştağada əməliyyat
– Müsəlman Birliyi Hərəkatının üzvü saxlanıldı / FOTO
16-03-2024, 14:33
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Artıq üç uşağı olan şəxslər...
14-03-2024, 23:00
Neft bazarında çalxalanma: Bahalaşma Azərbaycan üçün nə vəd edir?
11-03-2024, 15:40
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Milli Məclisin yeni deputatına qarşı sensasion ittihamlar
Professorun prezidentə şok müraciəti yayıldı; Şəmsəddin Hacıyev və ailəsinin MTN-nin sabiq rəhbərliyi ilə əlaqələri və milyonlarının araşdırlması tələb olunur
Milli Məclisin deputatı, Dövlət İqtisad Universitetinin sabiq rektoru, hazırda həmin universitetdə kafedra müdiri olan Şəmsəddin Hacıyevə qarşı keçmiş müşaviri tərəfindən sensasion ittihamlar var. Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, MTN-də nazir vəizfəsini icra edən Mədət Quliyevə ünvanladığı müraciətində adıçəkilən universitetin professoru, iqtisad elmləri doktoru Bədirxan Musayev Şəmsəddin Hacıyevi Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyi və ayrı-ayrı vəzifəli şəxsləri ilə sıcaq əlaqələrindən və onlarla birgə vəhabilərlə işbirliyindən, həmçinin korrupsiya sənədlərindən söz açıb. Professor xahiş edir ki, göstərdiyi faktlar MTN-nin sabiq rəhbərliyi ilə bağlı araşdırma xüsusatında təftiş olunsun. Çünki bu zaman dövlətin mənafelərinin bir qrup tərəfindən mənimsənildiyi təsdiqlənəcək.
«Cənab Prezident, mən, Ş.Hacıyevin rektorluğu dövründə onun müşaviri vəzifəsiylə yanaşı, 40 il «İqtisadi Kibernetika» kafedrasının müdiri olmuşam. 2011-ci ildə onun korrupsiya və digər qanunsuz əməlləri haqda sizə açıq müraciət etdikdən sonra, Ş.Hacıyev məni özünün dediyinə görə “Vətən xaini” damğası ilə tam qanunsuz şəkildə vəzifələrimdən azad edib. Rektorluğu dövründə özünün “bandit dəstəsiylə” universiteti poliqona çevirməklə yetinməyən Hacıyev, hətta arvadını, baldızını, baldızının qızını da özünün rüşvət, korrupsiya mexanizminə ortaq edibdir. Düz 5 ildir bunları yazıram, ancaq təqdim etdiyim sənədlər Ş.Hacıyevin milyonları qarşısında araşdırılmır, bəzi məmurlar pulunu alaraq, işi dondurulmuş formada saxlayıblar. Elə sizə söhbətini açacağım bir fakt da dediklərimi təsdiqləyə bilər.
Belə ki, işdən qanunsuz çıxarıldığım ərəfələrdə bütün dövlət qurumlarına, o cümlədən MTN-ə şikayət etdim. Həmin vaxtı əlimdə Şəmsəddin Hacıyevin rektorluğu dövründə İqtisad Universitetinin Dərbənd filialına, həmçinin bu filialın qanunsuz yolla Bakıda yaradılan – Bakı filialına aparılan TQDK-dan kənar qanunsuz tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici tələbə köçürmələrindən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat rüşvət yığmasını sübut edən sənədlərlə bağlı cinayət işinin açılması və onun məsuliyyətə cəlb olunmasını tələb edirdim. Elə indi də bunu edirəm. Sözüm ondadır ki, bu vaxta qədər Baş Prokurorluq mənim vasitəmlə topladığı materiallar üzrə istintaq aparmaq əvəzinə, müxtəlif bəhanələrlə Təhsil Nazirliyinə göndərir. Məsələn, o zaman Səbail rayon prokuroru Şirzad Adıgözəlov Ş.Hacıyevin barəsində toplanan materiallarla bağlı cinayət işi açılması məqsədiylə üst qurumlara rəsmi müraciət etdi. Ancaq Ş.Hacıyevin MTN-dəki dayaqları buna da imkan vermədi. Əksinə, toplanan materiallar və mənim şikayətlərim Təhsil Nazirliyi vasitəsiylə Şəmsəddin Hacıyevə göndərildi. Təbii ki, o da faktları və müəyyən sənədləri kimlərinsə «ağzı»na pul atmaqla, qapadaraq, özünə bu gün YAP-da karyera qurmağa nail olmaqla həll elədi. Halbuki, o zaman prokurorluqla yanaşı, Milli Təhlükəsizlik Nazirliyinin Səbail rayon şöbəsi məni Ş.Hacıyevin məlum korrupsiya əməlləri, universitetin Dərbənd filialının Bakıda qanunsuz yolla yaratdığı filialı vasitəsiylə apardığı saxta qəbullar, 40 min saxta diplom paylaması və sair təkzibolunmaz faktlarla bağlı çağırıb, izahatımı aldılar. Ancaq MTN-nin rayon şöbəsi Ş.Hacıyevin MTN-nin mərkəzi rəhbərliyini məlumatlandıran kimi, araşdırma qəfil dayandırıldı. Maraqlandıqda isə dedilər ki, toplanmış materialları cinayət işi açılması üçün Baş Prokurorluğa göndəriblər. Həmin vaxtı prosesi düzgün qiymətləndirə bilmədiyimdən hesab edirdim ki, Şəmsəddin Hacıyevi mənimsədiyi bir milyarda yaxın vəsait, saxta qəbullar və sair faktlara görə həbs edəcəklər. Ancaq sonradan mənə aydın oldu ki, MTN-nin rayon şöbəsi bundan artıq addım atmaq gücündə deyil. Çünki sabiq rektorla Eldar Mahmudov və yaxın ətrafının arasında çox ciddi siyasi və biznes münasibətləri var”. Bədirxan Musayev bildirir ki, Ş.Hacıyev rektor olduğu dövrdə universitetin istifadəsiz ərazisini Eldar Mahmudovun yaxın çevrəsinə dövlətin razlığı olmadan qanunsuz olaraq verib: «Hacıyev illər əvvəl daha bir böyük və sensasiya sayılan qanunsuzluğu edib. Bu barədə hörmətli cənab Prezidentə teleqramda vurmuşam. Orada bildirdim ki, İqtisad Universitetinin sabiq rektoru rüşvətxor Ş.Hacıyev universitetin Abbas Səhhət küçəsi 45a-da yerləşən “Dizayn və Texnologiya” fakültəsinin ərazisini (1hektara yaxın torpaq və bağ sahəsini) keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və onun biznesini idarə edənlərə satıb, bunun əvəzində isə özünə 11 yerdə mənzil alıb. Əvvəla o yer qanunla satıla bilməzdi. 2-cisi isə şəhərin mərkəzində olan o ərazinin dəyəri 11 mənzilin deyil, bəlkə də 111 mənzilin qiymətindədir. Ancaq Şəmsəddin Hacıyev üçün bunun əhəmiyyəti yoxdur. Ona YAP-da olduğu kimi, güc qurumunda da Eldar Mahmudov kimi adamın gücü lazım idi. Hansı ki, indi mənə aydın olur ki, univeristetin əmlakı və pulları ilə o, belə gücləri necə ram edirmiş. Bu güclər isə aldıqları milyonlar və əmlaklara görə bu günədək qoruyur, hətta deputat da seçdirirlər. Hesab edirəm ki, MTN-nin indiki rəhbərliyi bu məsələni dərindən araşdırıb, təqsirkarları, o cümlədən yığdığı rüşvət hesabına YAP-ın bəzi rəhbər şəxslərin ovucunun içinə alaraq , yenidən deputat seçilən Ş.Hacıyevin barəsində qanunun yol verdiyi ən sərt tədbirləri görəcəkdir. Eyni zamanda, Ş.Hacıyevin fəaliyyəti dövründə Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat rüşvət almışdır. Təmir-tikinti işlərinin lahiyə dəyərinin 40%-ni oğurlaması faktı da dəqiqliyi ilə araşdırılıb, dövlətə vurulan zərər ödənilməlidir”. Professorun daha bir sensasion iddiası isə dini cərəyanlarla bağlıdır: “Hörmətli cənab Prezident! Universitet ərazisini (1 hektara yaxın) keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun özünə şəxsən satmasına baxmayaraq, deputat Ş.Hacıyev aşağıdakı cinayət tərkibli əməlləri də törədib: 1) Ş.Hacıyev dostu, qohumu Həsən İsrafilovun dediyinə görə deputat seçilmək üçün 6 milyon manat xərc çəkibdir. 2) İqtisad Universitetinin sabiq rektoru, Səbail rayon YAP-nın sədri, millət vəkili Şəmsəddin Hacıyev, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişi ilə Universitet fakültələrinin ərazisində (Abbas Səhhət küçəsi 145A-da yerləşən) vəhabilər üçün məscid tikdirmiş və həmin məscidin ərazisini yüksək qiymətlə onlara satmışdır. 3) İqtisad Universitetinin kooperativ yaşayış binasını zirzəmi və 1-ci mərtəbəsini, həmçinin ərazisini özəlləşdirib, zirzəmisini də vəhabi təriqətinin üzvlərinə icarəyə verib. 4) Dərbənd şəhərində filialın maddi-texniki bazasını Rusiya təmin etməli olduğu halda, Ş.Hacıyev rektorluğu dövründə Eldar Mahmudovun göstərişi ilə orada 9 mərtəbəli bina tikdirməklə, həm dini təriqətlərin meydan sulamasına, həm də şişirdilmiş qiymətlərlə milyon qazanmasına zəmin yaradıb. 5) Rabitə və Yüksək Texnologiyalar nazirliyinin aparat müdiri Vidadi Zeynalovun qardaşı MTN-də vəzifə sahibi olduğuna görə Eldar Mahmudovun göstərişi ilə onun tələbə oğluna universitetin müəlimləri üçün tikilən yaşayış binasında 5 otaqlı mənzil vermiş, özünü isə Universitet üzrə Həmkarlar İttifaqının sədri təyin etdirmişdir. Artıq Vidadi Zeynalov həbs olunmuşdur. Oğlu isə bir neçə gün əvvəl işdən yeni rektor tərəfindən qovulub. Cənab prezident, bütün bunları edən Hacıyev bu gün Əli Əhmədov, Eldar Mahmudov kimilərinin və yığdığı bir milyarddan çox pulun hesabına deputat mandatı ilə mükafatlandırılır. Axı, bu hansı ədalətə, hansı qanuna sığar? Niyə bu qədər faktlar yoxlanılmır? Axı, Hacıyev kimdir ki, onun qarşısında bəzi məmurlar belə acizdirlər? Dövlətin təməl prinsiplərini təhdid edən Ş.Hacıyevin cəzalandırılmamasınınn səbəbidir ki, o, 2009-cu ildə arvadının adına təsis etdiyi “Turan 2009” MMC vasitəsiylə universitetdən oğurladığı 667 min manatı da geri qaytarmaq istəmir. Halbuki, yeni rektorluq bununla bağlı məhkəmədə iddia qaldırıb. Iş hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə araşdırılır. Orada aydın olur ki, keçmiş rektor arvadı, qardaşı, qardaşının oğlu, baldızı qızı və digər qohumlarının hamısını oğurladığı pullara şərik edibdir. Niyə bu faktlar cəzasız qalmalıdır?! Axı, bu gün gənc bir dövlət üçün yarımmilyon manatdan yuxarı vəsait çox ciddi dəstək ola bilər”. Sonra professor Ş.Hacıyevin rektor olduğu dövrdə baş nazirin müavinləri - Əli Əhmədovun tələbə oğluna, Elçin Əfəndiyevin qızına müəllimlərin binasında bağışladığı mənzillərdən, ölkə rəhbərliyinə, konkret Ramiz Mehdiyevə meydan oxuyan hərəkət və danışıqlarından, onun yeni rektorla gizli savaşı və bu savaşda yer alan yaxın ətrafından, Mikayıl Cabbarova müraciətindən sonra əsas korpusda necə otaq almağa çalışmasından, həmçinin fakültə elmi şuralarının rəsmi səndlərində yer alan rüsvayçı çıxışlardan və digər sensasion faktlardan söz açıb. Bildirib ki, bunları da rəsmi sənədlərlə birgə araşdırmaya dəvət edilərsə, təqdim etməyə hazırdı. Biz isə göstərilən bu və ya digər faktları növbəti sayımızda da araşdırmağa çalışacağıq.
Yeni Sözçü
Oxşar Xəbərlər
İntihar edən MTN polkovnikinin qardaşından sensasion ittihamlar
Siyavuş Novruzovla bağlı şikayətə cavab - Baş Prokurorluq sabiq xidmət rəisinə yazdı
BDU Yessentukidə ilk rektorunun barelyefini açıb
Rza İbadov prezidentə təşəkkür etdi: “Yaxın günlərdə Bakıya dönəcəyəm”
Xəbər lenti
Damla görün kiminlə evlənib
“BİZƏ GÜLLƏ ATIRLAR, BAŞIMIZA OYUN AÇIRLAR” -
“AZƏRŞİN” ASC RƏHBƏRLİYİNİN QANUNSUZLUĞUNDAN ŞİKAYƏT VAR
Küçədə benzin töküb sevgilisini yandırdı
İlk dəfə: Prezidentin təyyarəsi Füzulidən birbaşa Berlinə uçdu
FOTO
Sabahın hava proqnozu açıqlandı
Vidadi İsayev rayonu zibillik yuvasına çevirib -
Videofakt
Paltarlarınızı ağappaq edəcək ÜSUL
SON DƏQİQƏ!
Sahir Rüstəmov vəzifəsindən AZAD EDİLDİ
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
Türkiyə Ermənistanla sərhədin açılması üçün şərt qoydu
İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə etdi -
FOTOLAR
Ətin qiyməti 25 manat olacaq? -
AÇIQLAMA
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
Azərbaycanın ilk ombudsmanı vəfat etdi
Xocalıda insan qalıqları aşkar edilib -
FOTO
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Müdafiə nazirinin keçmiş müavininin 1 milyard rubl rüşvət aldığı deyilir
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır –
RƏQƏMLƏR
ŞAD XƏBƏR! Laçına yol açıldı...
İlham Əliyev quru sərhədinin açılması ilə bağlı danışıb
Prezident İlham Əliyevin uğurla keçən Moskva görüşü
Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik
Müstəqillik illərində Azərbaycan ilə Rusiya arasında əlaqələr daha da inkişaf edib
Rusiya və Azərbaycan münasibətlərinin inkişafı
Hərbi qəniməti ŞƏXSİ MALI kimi istifadə etdi və... -
İTTİHAM VAR...
"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... +
FOTO
TƏCİLİ!
Fransa təyyarəsi Bakı hava limanında qəza enişi etdi
Yeni qərar bazarı silkələdi:
Azərbaycanda ət bahalaşacaq
Bu dərmanlarla bağlı qadağa ləğv edilir
Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… -
İLGİNC FAKTLAR
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
Sabiq baş pediatr özünü güllələdi -
RƏSMİ AÇIQLAMA
Prezident İlham Əliyevin Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü
Rusiya ilə Azərbaycan arasında əlaqələr möhkəmləndirilir
Prezident 2 fərman imzaladı
Bu ərazilərə DOLU düşəcək, YAĞIŞ yağacaq -
Sabahın HAVASI
Ayın 25 və 26-sı ilə bağlı
CİDDİ XƏBƏRDARLIQ
Qadını benzinlə yandırdığı deyilən gənc vəzifəli şəxsin oğlu imiş
İlham Əliyev Sadır Japarovu qarşıladı
FOTOLAR
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq -
2026-cı ildən...
45 yaşlı kişinin qaçırdığı qız ailəsinə qaytarıldı -
Yenilənib
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
Görün Bayden 32 il əvvəl Azərbaycana hansı pisliyi edib -
Faktlar açıqlandı
Təhsildəki kütləvi repititorluq... -
Məktəblər NƏ İŞƏ YARAYIR?
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var -
Ramiz Mehdiyevin qohumudur
Vətən müharibəsi qazisi Türkiyədə öldü -
FOTO
"3 müəllimə tarix dərsini pozaraq sinifə daxil olub, övladımı təhqir və təhdid ediblər" -
ŞİKAYƏT / FOTO
Gürcüstandan idxal qadağası:
qoyun əti bahalaşacaq
Ermənistandan Rusiyaya növbəti rədd cavabı
Professorla Ali Attestasiya Komissiyası arasında nə baş verib?
PRİZMA
Ənvər Börüsoyun adı gələndə…
MÜSAHİBƏ
1
2
3
4
5
6
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibə
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi
Zeynəb Xanlarovadan SƏRT SÖZLƏR:
"Sübut edin ki, demişəm uşaqpulu verilməsin, 50 ildir..." + VİDEO
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə
TƏHLİL
"Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var" -
XAQANİ CƏFƏRLİ
SOSİAL
1
2
3
4
5
6
Damla görün kiminlə evlənib
Paltarlarınızı ağappaq edəcək ÜSUL
Xocalıda insan qalıqları aşkar edilib -
FOTO
"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... +
FOTO
Ayın 25 və 26-sı ilə bağlı
CİDDİ XƏBƏRDARLIQ
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq -
2026-cı ildən...
{sape_links}{sape_article}