KRIMDA TÜRKSÜZLƏŞDİRMƏ SİYASƏTİ:bir əsr sonra yenidən soyqırımı ilə üzləşmiş tatarlar - ARAŞDIRMA

KRIMDA TÜRKSÜZLƏŞDİRMƏ SİYASƏTİ:bir əsr sonra yenidən soyqırımı ilə üzləşmiş tatarlar - ARAŞDIRMA

 

Si Jey Verleman

"Middle East Eye”

 

Əgər tatarlar haqqında heç nə eşitməmişsinizsə, Sovet İttifaqının bu türkdilli azlığına qarşı terrorist kampaniyası ilə tanış deyilsiniz. Lakin hətta Stalinin ateist milislərdən istifadə etməsi, bu yerli əhalinin Krımdan köçürülməsi barədə məlumatlısınızsa, Rusiyanın az tanınmış müsəlman azlığın etnik təmizləməsinə dair yeni və davamlı səylərdən bixəbərsiniz.

"Əlbəttə, sabah Krım tatarları ən dəhşətli cinayətkarlar elan ediləcək və bu, yeni soyqırımı üçün bəhanə olacaq”, – Məclis lideri Zair Smedlyaev bu yaxınlarda "əl-Cəzirə”yə müsahibəsində bildirib.

Məclis 1991-ci ildə, Sovet İttifaqının dağılmasından sonra tatarların şikayətlərini lazımi ünvanlara – Ukraynanın mərkəzi hökumətinə, Krım əyalət hökumətinə və beynəlxalq qurumlara çatdırmağı nəzərdə tutan bir nümayəndəsi kimi təsis edilib.

 

İşğal

Rusiya 2014-cü ildə Krımın qeyri-qanuni işğalını formalaşdırdıqda, Stalin, Sovet İttifaqının müharibə sonrası dövründə tatar-müsəlman əhalinin yarısının acından ölməsi ilə nəticələnən dəhşəti yenidən yaşamamaq üçün Məclis Kremlin keçirdiyi referendumu dəstəkləmək qərarına gəlib.

Tatarlar Rusiya-Krım rəhbərliyi ilə əməkdaşlıqdan imtina etdikdə, Kreml Məclisi "İslamçı ekstremist” təşkilat olmaqda günahlandırıb və onları "separatçı” və "terrorçu” olaraq damğalayıb; daha sonra təşkilatı və tatarların dini kitablarını qadağan edən qanunlar yaradıb.

Rusiya siyasətçiləri Krımın "türksüzləşdirməsi” adlandırılan 250 min tatar-müsəlmanı Krımdan təmizləmək niyyətlərini heç vaxt gizlətməyib, Krımın adını isə "Tavrida” və ya "Tavriya” adı ilə dəyişib Krım tatarlarını ayırmaq cəhdləri göstəriblər.

2017-ci ildə BMT-nin İnsan Haqları Monitorinq Missiyası Krımda insan haqlarına dair ilk hesabatını yayaraq, tatarları üçün şəraitin "rus işğalı altında ciddi şəkildə pisləş”diyini bəyan edib.

 

Gecə basqınları

"Human Rights Watch” təşkilatının verdiyi məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tatar-müsəlmanların evlərinə müntəzəm olaraq gecə basqınları həyata keçirir. O, Rusiyanın işğalını ictimaiyyət arasında və ya onlayn rejimdə tənqid etdiyinə görə çoxlarını həbs, Quran və ya digər İslam mətnlərini müsadirə edir.

Nijneqorskiy şəhərindəki yerli bazarda baqqal işləyən bir Krım tatar-müsəlman 13 sentyabr 2017-ci ildə "ekstremist” qrupla əlaqəli olduğuna dair şübhə ilə tutulub. Evinin ön qapısını bağladıqdan sonra FSB agentləri Renat Paralamovu arvadının və uşaqlarının gözü qarşısında maşına mindirərək naməlum istiqamətdə aparıb. 24 saatdan çox müddətdə ailəsi onun harada olduğu barədə heç bir məlumat almayıb.

Həbsdə, FSB-də ona elektrik şoku ilə işgəncə verilib. Paralamovu FSB-yə xəbərçi kimi işləməyə, tatar yığıncağına qatılanlar barədə məlumat ötürməsini tələb ediblər.

Paralamov ailəsi ilə birlikdə Ukraynaya qaçıb, 2014-cü ildə baş verən rus işğalından bəri Krımdan qaçan 40 minə yaxın digər tatara qoşulub.

Fevral ayında Türkiyəyə qaçan və sığınacaq istəyən başqa bir Krım tatarı mənə kafedə bir dostla müxalif ifadələr işlətdiyinə görə həbsindən danışıb. "Mən separatçı və ya ekstremist qrupun üzvü deyiləm. Rusiyanın etdiyi doğru deyil, məncə, tatarlar kütləvi şəkildə evlərini tərk etməyə çalışacaqlar”.

 

Beynəlxalq hüquq pozuntusu

İşğalçı qüvvə olaraq, Rusiya Krımda cinayətkar praktikası ilə beynəlxalq hüquqa zidd fəaliyyətlə məşğuldur və düşüncə, ifadə, toplaşma və birləşmə azadlığı da daxil olmaqla, Krım sakinlərinin hüquqlarına hörmət etməli, din, qanunsuz həbs və işgəncə daxil olmaqla, pis rəftardan və ədalətsiz məhkəmə araşdırmalarından çəkinməlidir.

Ancaq Rusiya beynəlxalq insan normalarını birbaşa pozaraq, tatarları terror və ekstremizm bəhanəsi ilə həbs və təqib edir.

Rusiyanın məqsədi aydındır: ərazisinin yerli əhalisini ləğv etməklə, Krımın qeyri-qanuni işğalını və ilhaqını daha da genişləndirmək. Onun məqsədi və üsulları İsrailin fələstinlilərə, Myanmanın Rohinca müsəlmanlarına, Çinin Şərqi Türküstanda uyğurlara və Hindistanın Assam-benqal qaçqınlara qarşı istifadə etdiklərini xatırladır.

1920-ci ildə Vladimir Lenin Krım tatarlarını məhv etmək niyyəti ilə əlaqədar yazmışdı: "Biz onları əsir alacağıq, böləcəyik, tabe etdirəcəyik, həzm edəcəyik”. Təxminən bir əsr sonra tatar-müsəlmanlar eyni düşmənlə: Rusiya.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}