Konstitusiya Məhkəməsindən gözlənilən QƏRAR - Milli Məclisin buraxılması qanunauyğun hesab olundu - YENİLƏNİB

Konstitusiya Məhkəməsindən gözlənilən QƏRAR - Milli Məclisin buraxılması qanunauyğun hesab olundu - YENİLƏNİB

 

Konstitusiya Məhkəməsi Plenumunun iclası müşavirədən sonra davam etdirilib. İclasda qərar elan olunub.Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub. Plenum iclasının yekunu olaraq "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub.Konstitusiya Məhkəməsi Plenumunun iclasında dinləmələr başa çatıb.Məhkəmə heyəti qərar verməsi üçün müşavirəyə gedib.Müşavirədən sonra məhkəmənin qərarı elan olunacaq.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.İclasda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılır.İclasda məruzəçi - hakim Rafael Qvaladze, iclas katibi isə Fəraid Əliyevdir.Konstitusiya Məhkəmə icraatında iştirak edən tərəflər isə aşağıdakılardır:Sorğu verən tərəfin nümayəndəsi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov,Cavab verən tərəfin nümayəndələri – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli,Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev.Ekspert isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovdur.Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək.İclas saat 12:00-da baş tutacaq.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə sorğu göndərib.Elə həmin gün Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və "Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2019-cu il 2 dekabr tarixli "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}